Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı könüllülər Ukraynaya döyüşməyə gedir

 

     Ukraynanın Milli Qvardiyasının könüllülərdən ibarət “Donbass” batalyonunun tərkibində Azərbaycandan olan onlarla könüllü var

 

   "Xeberinfo.com" Ukrayna mətbuatına istinadən xəbər verir ki, “Donbass” batalyonu hazırda Ukraynanın şərqində gedən döyüşlərə qatılmaq üçün hazırlıq keçir və yaxın günlərdə hərbi əməliyyatlarda iştirak edən ordu hissələrinə köməyə gedəcək.
Onun tərkibində Ukraynanın Qərbindən, Kiyevdən, habelə Donetsk və Luqanskdan olan könüllülər yer alır. Batalyonun təlim düşərgəsində əsgərlərin qalması üçün 40-dan çox hərbi ordu çadırı qurulub. Çadırların üzərində Ukrayna bayraqları qaldırılıb.
Lakin bir qədər kənarda qurulmuş çadırların üzərində başqa ölkələrin - Azərbaycan və Gürcüstanın bayraqları var. Reportajda bildirilir ki, bu çadırlarda 40-a yaxın könüllü qalır. Onların çoxunu batalyonun tərkibinə hələ yazmayıblar və silah verməyiblər.
Batalyonun komandiri Semyon Semyonçenko deyib ki, hökumətə müraciət edərək onların vətəndaşlıq məsələsini həll etməyi xahiş edib. Azərbaycan və Gürcüstandan olan könüllülər hələ silah təliminə qatılmasalar da onlara əl qumbaralarından istifadə və ilkin tibbi yardım təlimləri keçilir.
Xatırladaq ki, Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarının radikal islamçı qruplaşmaların tərkibində Suriyada gedən vətəndaş müharibəsinə qatılmasından narahat olaraq xarici ölkələrdə gedən hərbi əməliyyatlarda iştiraka və qanunsuz silahlı birləşmələrin tərkibinə qatılmağa görə cəzaları sərtləşdirib.
Buna baxmayaraq Ukraynada gedən döyüşlərə qatılmaq üçün ölkədən könüllülərin getdiyi artıq şübhə doğurmur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam