Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"ABŞ-la hərbi əməkdaşlığı genişləndirməliyik"

 

“ABŞ ordusunun Ukraynada iştirakı onun ölkəsinin Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə dəstək olmasından xəbər verir”.
"Xeberinfo.com":  Məlumata görə, bunu amerikalı mayor Maykl Veysman aprelin 20-də Ukrayna prezidenti Petro Poroşenko ilə Lvov ətrafında keçirdiyi birgə brifinqdə deyib.
O qeyd edib ki, ABŞ ordusunun Ukraynada iştirakı lazımdır və bu Ukrayna hökumətinin istəyi, sorğusu ilə edilib.
Poroşenko isə bildirib ki, Ukrayna ordusu xarici təhlükələrin qarşısını almaq üçün yenidən qurulmalıdır və buna görə də biz ABŞ-la hərbi əməkdaşllğı bütün mümkün vasitələrlə kenişləndirməliyik.
ABŞ və Ukrayna qüvvələri Ukraynanın qərbində birgə hərbi təlim,məşqlərə başlayıblar.
Məqsəd Ukraynanın şərqində rusiyapərəst separatçılarla mübarizə aparan Ukrayna ordusunu gücləndirmək, təkmilləşdirməkdir.
ABŞ ordusu Ukrayna hərbçilərinə təlim keçmək üçün ötən həftə Ukraynanın qərbinə 300 desant göndərib.
Hərbi təlimlər hazırda döyüş zonası olan Donetsk və Luqansk vilayətlərinin min kilometrliyində keçirilir.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.
Kiyevlə Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir ("Azadlıq" radiosu).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam