Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət Fitosanitar Xidmətinin rəis müavini ölkədən qaçdı

 

                           Nazim Quliyevə qarşı cinayət işi açılıb 

     "Xeberinfo.com": Kənd  Təsərrüfatı  Nazirliyi  yanında Dövlət  Fitosanitar Nəzarəti Xidmətinin ( DFNX) rəis müavini Nazim Quliyevin ölkədən qaçması ilə bağlı məlumat yayılıb.

    Məlumat üçün bildirək ki, İsmət Abasov kənd təsərrüfatı naziri  vəzifəsindən azad olunandan sonra qurumda ciddi kadr dəyişikliyi baş verib. 

   Belə ki, yeni nazir Heydər  Əsədov  nazirliyin tabeçiliyində  olan Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyevi ( İsmət Abasovun baldızı oğlu) və Bakı Şəhər Baytarlıq  İdarəsinin rəisi Şahmar Abdullayevi vəzifəsindən azad elədi. Sonra  növbə  DFNX-nə çatdı. Nazir  DFNX-də olarkən qurumun fəaliyyətindən ciddi narazılığını bildirib. Və DFNX-nin rəis müavini, adı mətbuatda daha çox korrupsiya ilə bağlı hallanan Nazim Quliyev vəzifəsindən azad olundu. 

     Məlumata görə, vəzifəsindən azad olunan Nazim Quliyevə qarşı Baş prokurorluqda cinayət işi açılıb. Bundan xəbər tutan Nazim Quliyev tələsik ölkəni tərk edib. 

    Ələddin müəllim Nazim Quliyevin vəzifəsindən azad olunduğunu təsdiq eləsə də Türkiyədə tədbirdə olduğunu səbəb gərirərək  bizimlə sonra əlaqə saxlayacağını bildirdi. 

      Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam