Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Banklar biznes kartlarla nağdlaşdırmanı dayandırdı

kart bankBəzi banklarda biznes və korporativ kartlar üzrə nağdlaşdırma əməliyyatları dayandırılıb.

 Xeberinfo.com:  Banklardan verilən məlumatlara görə, bu, Vergi Məcəlləsinə edilən dəyişikliyin 2017-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədardır.

Xatırladaq ki, yanvarın 1-dən hüquqi və ya fiziki şəxs olan sahibkarlar bank hesabındakı pulu nağdlaşdırdıqda sadələşdirilmiş vergi tutulacaq. Bu funksiyanı banklar yerinə yetirəcək.

Banklarda isə hələki belə avtomatik sistem qurulmayıb. Ona görə də ötən həftədən banklarda nağdlaşdırma müvəqqəti dayandırılıb. Hazırda banklar həmin sistemin qurulması ilə məşğuldurlar. Kart hesablarından vəsaitlərin nağdlaşdırılması zamanı 1 faizlik vergini avtomatik tutmaq üçün yeni sistem qurulduqdan sonra əməliyyatlar bərpa ediləcək.

Bankların bəziləri artıq yeniliyə hazır olduqlarını bildiriblər. Ancaq əksəriyyəti bu həftə ərzində yeni sistemi işə salacaqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam