Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Metro və avtobuslarda vahid kart sistemi fəaliyyətə başladı

 

Bakıda sərnişin nəqliyyatında ödəniş kartlarının tətbiqinə hazırlıq gedir

"Xeberinfo.com":  Məlum olduğu kimi, ictimai nəqliyyatda ilk kartlı ödənişə keçid Bakı metropolitenində tətbiq edilib.
Nəqliyyat Nazirliyindən verilən açıqlamaya görə, artıq avtobuslarda da gediş haqqının nağd ödənişi ləğv olunmaq üzrədir. Lakin hər nəqliyyat vasitəsi üçün ayrı-ayrı kartların tətbiqi vətəndaşlarda narahatlıq yarada biləcəyindən, ictimai nəqliyyatda vahid kart sistemindən istifadə prosesi başlayıb.
Artıq Bakı Metropoliteninin bir neçə stansiyasında gediş haqqını yükləmək üçün “BakıKART” aparatları quraşdırılıb. Yeni kartlar ilkin mərhələdə hazırda istismarda olan kartlarla yanaşı istifadə olunacaq. Sonrakı mərhələdə isə köhnə kartlar vətəndaşlardan təhvil alınacaq. Onu da qeyd edək ki, bu aparat yalnız metroya deyil, eyni zamanda “Baku Bus” MMC-ə məxsus avtobuslara gediş haqqı yükləmək üçün də nəzərdə tutulub. Bu səbəbdən də aparatlar eyni zamanda “Baku Bus”ın dayanacaqlarında quraşdırılacaq.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında vahid karta keçidlə bağlı hazırlıq getdiyini bildirib: “Məsələ hazırlıq mərhələsində olduğundan ətraflı məlumat verə bilmirik. Çünki hər şey dəqiqləşməyib”.
“Vahid kart sisteminə nə vaxt keçiləcək”, “Köhnə metro kartlarının aqibəti necə olacaq” suallarına cavab olaraq metropoliten rəsmisi deyib ki, hər şey hazır olan kimi ictimaiyyətə geniş açıqlama veriləcək.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da saytımıza vahid kart sisteminə keçilməsi üçün hazırlıq başlandığını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam