Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səngəçalda partlayış -Vulkan püskürməsi (VİDEO)

Səngəçalda partlayış -

Xeberinfo.com:   FHN-in mətbuat xidmətindən də bildiriblər ki, partlayış palçıq vulkanının püskürməsi nəticəsində baş verib, amma texnoqen xarakter daşımır: "FHN-in əməkdaşları hazırda həmin ərazidədirlər".

FHN-dən həmçinin bildirilib ki, vulkan püskürməsi haqda AMEA-nın Coğrafiya İnstitutunu məlumatlandırıblar.

*   *   *14:55

Bir az əvvəl Səngəçal qəsəbəsi ərazisindəki dağın arxasında qəfil partlayış səsi eşidilib və ardınca hündürlüyü 25-30 metrə çatan alov görünməyə başlayıb.

Bunu virtualaz.org-a Ələt-Astara avtomobil yolu ilə hərəkət edən sərnişinlərdən biri deyib.

Əvvəlcə bunun vulkan və ya neft-qaz kəmərində partlayış olduğu güman edilsə də, əslində nə baş verdiyi bilinməyib. Amma şahidlərin dediyinə görə, havaya alovla birgə çirkli maye kütləsi də fışqırırmış...

Amma əməkdaşlarımızın bu dəqiqələrdə əldə etdiyi məlumata görə, adıçəkilən ərazidə palçıq vulkan püskürüb. Artıq yanğının səngidiyi və alovun söndüyü bildirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam