Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Balidə güclü vulkan:130 min insan təxliyyə edilir - VİDEO

Balidə güclü vulkan:

 

 İndonezyanın Bali adasında Aqunq vulkanının qüvvətli şəkildə kül püskürməsinin davam etməsi ən təhlükəli səviyyəyə yüksəlib

 

 

Yenixeber.org: İndoneziyada Milli Fəlakətin İdarə Edilməsi Agentliyindən verilən açıqlamada Bali adasındakı Aqunq vulkanında püskürən kül və dumanın 6 min metr yüksəkliyə çatdığı bildirilir. Böyük bir partlayış təhlükəsi ilə əlaqədar bölgədə ən yüksək səviyyədə fövqəladə hala keçildiyi qeyd edilir. 

Açıqlamada bölgədə hava nəqliyyatının mümkünsüz olduğu vurğulanır, Lombokdakı hava limanının ardından Balidəki hava limanının da müvəqqəti olaraq uçuşlar etməyəcəyi qeyd edilir. 

Təxirə salınan uçuşlara görə minlərlə sərnişin zərər çəkib.

Qeyd edək ki, Aqunq vulkanı keçən həftədən sonra yenidən kül və duman püskürməyə başlayıb. Sentyabr ayında dağın fəaliyyətə başlamasından sonra həyəcan durumu bəlli bir müddətdə ən yüksək səviyyəyə çatıb və böyük bir partlayış riskinə görə bölgədən təxminən 130 min nəfər təxliyyə edilib. Ölkənin ən çox turist gəldiyi bölgəsi sayılan Bali adasındakı Aqunq vulkanı sonuncu dəfə 1963-cü ildə partlayıb, hadisədə təqribən 1100 nəfər həyatını itirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam