Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səngəçalda qaz kəməri 3-cü dəfə partladı -yanğın davam edir (VİDEO)

Bakının Səngəçal qəsəbəsində qaz xəttində bu gün axşam saatlarında yenidən yanğın baş verib. 

Xeberinfo.com:   Bu barədə sosial şəbəkələrdə yayılan məlumatları Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da təsdiq edib.SOCAR-dakı mənbələr məlumatı virtualaz.org-a təsdiqləyib, daha sonra rəsmi məlumat yayılacağı bildirilib. Yayılan kadrlara əsasən partlayış və yanğın bu dəfə də 1000 millimetrlik qaz kəmərində baş verib, şiddətli yanğın davam edir. Hələlik yanğına müdaxilə olunmayıb.

Bu artıq son 2 həftədə eyni yerdə baş verən üçüncü qəzadır. Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü.Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanı nəzərdən keçirildiyini bildirirdi.

«2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir», – şirkət qeyd edirdi.
Lakin eyni yerdə ikinci yanğın yanvarın 2-də baş verdi. Bu isə artıq üçüncüdür…

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam