Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Bəli, mən artıq “Lider” telekanalında işləmirəm” -Anar Həsənov

anar hesenov

Jurnalist işdən çıxarıldığını təsdiqləsə də, ətraflı danışmaq istəməyib

“Bəli, mən artıq “Lider” telekanalında işləmirəm”.

Xeberinfo.com:   Bunu AzadlıqRadiosuna “LiderTV”nin Rusiya müxbiri Anar Həsənov deyib. Jurnalist başqa heç bir açıqlama vermək istəmədiyini bildirib.

Bir neçə gün öncə Rusiya xarici işlər nazirinin mətbuat konfransında Anar Həsənov Sergey Lavrova “Azəbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualına Lavrov “Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabını vermişdi.

JURNALİSTİ SƏFİR İŞDƏN ÇIXARTDIRIB?

Yerli media yazır ki, jurnalistin bu sualı siyasi dairələrdə narahatlıq yaradıb. Hətta jurnalistin işdən çıxarılmasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da adı hallanır.

Moskvada çalışan, adlarının çəkilməsini istəməyən bir neçə azərbaycanlı jurnalist də bu sualdan sonra Anar Həsənovun Polad Bülbüloğlunun təqdimatı ilə işdən çıxarıldığını bildirib.

AzadlıqRadiosunun müxbiri “Lider” telekanalı və Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayıb. Telekanaldan bildiriblər ki, bazar günü olduğundan hər hansı suala cavab verə bilməzlər. Azərbaycanın Rusiyadakı səfirliyindən də telefon zənglərinə cavab verilməyib.

“JURNALİST DƏ GƏRƏK SUSMASIN”

Ələsgər Məmmədli, media eksperti

Ələsgər Məmmədli, media eksperti

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli deyir ki, işdən çıxarılan jurnalist təqib olunması, işdən çıxarılması haqda özü məlumat verməlidir:

“Jurnalistlərin çalışdıqları qurumlar konkret dövlət strukturlarına bağlı olduğundan orda işləyən jurnalistlər də daha çox dövlət məmuru kimi işləyir. Dövlət məmuru kimi işləyən jurnalist işdən çıxarılanda jurnalist kimi yox, məmur kimi susaraq kənara çəkilir. Ümumiyyətlə, dövlət qurumunun jurnalistin işdən çıxarılmasına qarışması söz azadlığına təqib hesab olunur. Kimə, hansı sualı verməyi jurnalist özü, redaktoru müəyyən etməlidir. Bunu ölkənin səfiri, siyasətçisi müəyyən edirsə, bu o deməkdir ki, həmin ölkədə media siyasətçilərdən asılıdır”.

Ələsgər Məmmədli deyir ki, indiki halda Anar Həsənov işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam