Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

JURNALİST İŞDƏN ÇIXARILDI! –Lavrova tutarlı sual verdiyinə görə

anar hesenov lider

Lider TV-nin Rusiyadak müxbiri Anar Həsənovun işindən kənarlaşdırıldığı bildirilir.

 Xeberinfo.com:    Bu barədə musavat.com-a məlumatlı mənbə xəbər verib. Onun sözlərinə görə, 4 gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrova gözlənilməz sual verərək, onun açıq danışmasına və “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, - deyə cavab verməsinə səbəb olmuş jurnalistin bu hərəkəti bəzi dairələrdə narahatlıqla qarşılanıb.

trend_polad_bulbuloglu_090709_mainƏldə etdiyimiz xəbərə görə, jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə “vəsatət”i ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. O hesab edib ki, jurnalist xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi ilə iki ölkənin dostluq münasibətlərinə xələl gəlib. Səfir jurnalistin sualını “təxribatçı sual” kimi dəyərləndirib.

Ancaq ölkəmizdə fəaliyyət götərən politoloqların, eləcə də televiziya mütəxəssislərinin fikrincə, jurnalist Anar Həsənov ölkəmiz üçün çox faydalı olan bir hərəkət edib, rusiyalı nazirin təmsil etdiyi dövlətin Qarabağ məsələsində siyasi xəttinin nədən ibarət olmasını regiona və dünyaya göstərilməsinə səbəb olub.

Xatırladaq ki, həmkarımzın Lavrova ünvanladığı sual aşağıdakı kimi olub: “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”

Lavrovun bu suala nə cavab verdiyi isə yuxarıda verilib. Üstəlik 5-ci gündür ölkə mediası və sosial şəbəkələr bu məsələyə fokuslanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam