Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Anar Həsənov ağzının danışığını bilməyib…” –Milllət vəkili

araz_debat_9

“Lider TV-nin Moskva üzrə müxbiri Anar Həsənov ağzının danışığını bilməyib və onu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransına göndərən adamlar da cəzalandırılmalıdır. O, iki siyasi səhv buraxıb”.

Xeberinfo.com:   Bu fikirləri Unikal.org-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri , deputat Araz Əlizadə bildirib. O, deyib ki, ağzının danışığını bilməyən adamlara jurnalistikada yer yoxdur: “Ağıllı adam Lavrova belə sual verər? Sən hələ olmamış hadisə haqqında fövqəldövlətin Xarici İşlər nazirinə sual verirsən ki, “bu məsələyə sən göz yumacaqsan”. Bu o deməkdir ki, Azərbaycan haqsız iş görəcək və Rusiya göz yummalıdır, və ya Azərbaycanın daxili işinə qarışacaqsan. Jurnalist siyasi səhvə yol verib. Onu ora göndərən adamlar da cəzalandırılmalıdır”.

A.Əlizadə vurğulayıb ki, o, Anarın yerində olsaydı Lavrova başqa sual verərdi: “Mən Lavrova belə sual ünvanlayardım. Siz deyirsizniz ki, BMT nizamnaməsi çərçivəsində hər şeyə nail olunmalıdır. BMT-nin 51-ci maddəsində icazə verilir ki, müharibə yolu ilə bu problem həll edilsin. Siz BMT nizamnaməsinin əleyhinəsiniz? Bu zaman Lavrov çıxılmaz vəziyyətə düşəcəkdi. Yoxsa o deyəcək ki, mən BMT-nin nizamnaməsini qəbul etmirəm? Ya deyəcək ki, Azərbaycanlıların gözü qaradır onlara icazə vermirik?”.

Xatırladaq ki, Lider TV-nin Moskva üzrə müxbiri Anar Həsənov Rusiyanın xarici işlər naziri Sergey Lavrova “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualını verib. Lavrov isə “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabını verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam