Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Latviyada rusiyalı jurnalist saxlanılıb

Latviyada rusiyalı jurnalist saxlanılıb

 

 

Yanvarın 2-də Latviya polisi paytaxt Riqanın mərkəzində heç bir ittiham irəli sürmədən Rusiyanın “ТВЦ” telekanalının jurnalisti Anatoli Kurlayevi saxlayıb

 

Yenixeber.org: Bu barədə Latviyanın rus dilində yayımlanan Baltkom radiousuna jurnalistin özü şəxsən bildirib.

Yanvarın 1-də Riqaya gələn Kurlayevin sözlərinə görə, xüsusi xidmət orqanlarının əməkdaşları onu mehmanxanada axtarsalar da, tapmayıblar.

“Mən dünən (1 yanvar – red.) Riqaya gəldim. Mehmanxanada məni tapa bilmədilər, ticarət mərkəzində saxladılar və bildirdilər ki, Latviyaya səfər etməyimə ömürlük qadağa qoyulub. Səbəbləri mənə demədilər. Bildirdilər ki, qadağa 2015-ci ildən qüvvədədir və Daxili İşlər Nazirliyi tərəfindən imzalanıb. Sadəcə 2015-ci ildən arzuolunmaz şəxs elan olunduğum yazılmış kağızları mənə göstərdilər. Orada həmçinin dövlətə təhdidlər haqqında da qeydlər var idi”, - deyə, Kurlayev bildirib. 

Müvafiq sənədlərin təqdim olunmasından sonra jurnalist Moskvaya deportasiya olunub.

Kurlayevin bildirir ki, o, Latviya qanunlarını heç zaman pozmayıb:

“Ağlıma gələn yeganə məqam odur ki, burada bir neçə film çəkmişəm. Yəqin ki, həmin filmlərdən birindən sonra qadağa qoyulub. 2015-ci il mənim Baltikyanı ölkələr haqqında “NATO qapımızın ağzındadır” adlı filmi efirə buraxmışdım. Həmin filmdə Latviyada həyat və ümumilikdə Rusiyaya münasibətlərdən söhbət gedirdi”, - deyə, jurnalist bildirib.

Öz növbəsində polis tərəfindən saxlanılmış jurnalistin çalışdığı “ТВЦ” teleşirkəti hadisə ilə bağlı bəyanat yayıb:

“Anatoli Kurlyaev şəxsi səfərlə əlaqədar Latviyada olub. Eyni zamanda teleşirkətdə hesab olunur ki, “ТВЦ” əməkdaşının deportasiyası Latviya hakimiyyətinin Rusiya KİV-ə qarşı qərəzli münasibəti və onların əsas söz azadlığı prinsiplərini rəhbər tutmağa hazır olmadıqlarından xəbər verir”, - deyə, məlumatda qeyd olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam