Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Kremlin yerində otuzdurulması prosesi davam edəcək”

 

Qabil Hüseynli: “Rusiyanın küncə sıxışdırılması işinin uğurla başa çatdırılacağına inanıram”

 

Xeberinfo.com:  Son aylarda Qərb-Rusiya arasındakı qarşıdurmalarda rəsmi Moskvanın üstünlüyü nəzərə çarpır. Rəsmi Moskva digər dövlətlərdə hakimiyyətləri müəyyən edə bilir, özünə yaxın liderlər prezident edilir...
 
Oktyabrın əvvəllərində qonşu Gürcüstanda keçirilən seçkilərdə Putin Rusiyası rusiyameylli hakimiyyətin nəinki qələbəsində mühüm rol oynadı, hətta hazırkı gürcü hakimiyyətinə əsas alternativ müxalifət olan, Qərbin ən yaxın adamı sayılan keçmiş prezident Mixail Saakaşvilinin mövqelərinə sarsıdıcı zərbə endirdi. Bu proseslər Moldova və Bolqarıstanda da davam etdi... 
Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində də Rusiyaya daha çox sərf edən namizəd, seçkiöncəsi Rusiya ilə əlaqələrə önəm verəcəyini deyən Donald Tramp Amerikanın dövlət başçısı oldu. 
Bütün bu amilləri nəzərə alaraq, Qərbin son iki ildə sanksiyalarına dirəniş göstərən və son zamanlar tükənən Putin Rusiyasının “kəfəni yırtdığı” görüntüsü yaranır. Siyasi şərhçilər də son aylarda Rusiyanın xarici siyasətdə ciddi uğurlar qazandığını və Qərblə siyasi mübarizədə gücləndiyini düşünürlər. 
Politoloq Qabil Hüseynli yuxarıda qeyd etdiyimiz amilləri Rusiyanın nisbi üstünlüyü sayır: “Moldova və Bolqarıstan kimi ölkələrdə solçular daim güclü olurlar. Əhali arasında da onlara meyl hər zaman olur. Moldovanın yerləşdiyi bölgənin taleyini Rusiya ilə həll etməsi mümkün deyil. Bolqarıstan haqqında da eyni şeyləri demək mümkündür. Bolqarıstan Avropa Birliyinə üzv olmaq üçün cəhdlər edir. Lakin onun üçün qoyulmuş kriteriyalara əməl etmir. Ölkədə islahatlar həyata keçirilmir. Moldova və Bolqarıstan güclərini Rusiyaya qatmaq fikrində deyillər. Sadəcə manevr etməklə müəyyən mövqelər qazanmaq, əhalini Rusiyaya meylləndirməyə çalışırlar. Rusiyanın özünün vəziyyəti getdikcə ağırlaşır. Çünki Rusiyaya qarşı sanksiyalar azaldılmır, əksinə, Avropa bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları gücləndirmək niyyətindədir. Tramp Rusiyanın xeyrinə açıqlamalar versə də, Putinlə telefon danışıqlarında heç şübhəsiz ki, başqa söhbətlər aparır. Tezliklə onu da öz yoluna qoyacaqlar. Rusiyanın öz yerində otuzdurulması prosesi bundan sonra da davam edəcək”.
Politoloq Rusiyanın daxilində də ciddi proseslərin getdiyini söylədi: “İqtisadiyyat naziri artıq həbs edilib. Dövlət Ehtiyat Fondu da getdikcə tükənir. Rusiyada sənayedə demək olar ki, hər hansı bir irəliləyiş yoxdur. Rusiya çəpərinin genişlənməsini demək mümkün deyil. 2017-ci il bütün dünya üçün ağır il olacaq. Amma Rusiya üçün daha çətin il olacaq. Çünki iqtisadiyyatda hər hansı bir irəliləyişə nail ola bilmədiyindən, xüsusilə Qərbin neft və qazla bağlı mövqeyinə görə, Rusiyanın gəlirləri nəinki artacaq, əksinə, daha təhlükəli duruma gələcək. Bütün bunlara görə, Rusiyanın Qərblə qarşıdurmasında qabağa çıxmasını demək mümkün deyil. 
Bundan əlavə, Suriya hadisələrində Rusiya ciddi zərbə ala bilər. Mosul Amerikanın köməyi ilə İŞİD-dən təmizləndi və Rakkada əməliyyatlar gedir. Bu şəhər də yəqin ki, ABŞ və ona yaxın qüvvələr tərəfindən azad ediləcək. Bundan sonra qalacaq Suriya problemi ki, bu da Trampın öhdəsinə buraxılacaq. Əgər o, Rusiyanın xeyrinə siyasət yürütsə, yaxud Rusiya ilə birlikdə bu problemi həll etmək üçün hərəkət etsə, o zaman Amerika Yaxın Şərq və ərəb dünyasını itirmiş duruma düşə bilər. 
Bu amillər Trampın taleyində çox mühüm mənfi rol oynaya bilər. Düşünürəm ki, hakimiyyətə gələn Trampla seçkiöncəsi populist çıxışlar edən Tramp arasında ciddi fərqlər olacaq. Amerika elə bir dövlətdir ki, prezidentə tam müstəqil qərarlar qəbul etməyə imkan vermir. Oturuşmuş dövlətdə sistem işə düşəndə prezident ciddi təşəbbüslərə malik olmur. Rusiyanın küncə sıxışdırılması prosesinin uğurla başa çatdırılacağına inanıram”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam