Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiyanın parçalanması tamamilə mümkündür” -Polşa generalı

 

Polşa müdafiə nazirinin keçmiş müavini Romuald Şeremetyev ABŞ prezidenti Trampın Polşaya qarşıdakı səfəri və Rusiyanı gözləyən separatizm tendensiyaları haqda Polşa nəşrinə maraqlı müsahibə verib.

Yenixeber.org:   Həmin müsahibəni oxuculara təqdim edirik:

– Prezident Tramp iyulun 6-da Polşaya səfər edəcək. Bu səfərdən nə gözləməliyik?

-Təxminlər quraşdırmaq istəmirəm, axı proqnozlar gerçəkləşməyə bilər. Önəmlisi budur ki, Birləşmiş Ştatların prezidenti “Üç dəniz təşəbbüsü” forumunun iştirakçıları ilə görüşəcək. Şərq-mərkəz Avropa, əvvəllər adlandırıldığı kimi, Dənizlərarası bölgədə siyasi və geopolitik birlik qurmaq marağındadır. Bu bizim ümumi təhlükəsizliyimiz üçün gərəkdir. ABŞ tərəfdən təkan olsa, bu cür təşəbbüsü dəstəkləsə, Poşa səylərinə ciddi yardım olacaq və layihənin digər iştirakçılarına təsir edəcək. Şərq-mərkəz Avropanın bütün ölkələri inanmır ki, bu birliyin yaradılması bölgəmizin bütün ölkələrinin maraqlarına cavab verir.

Amerika professoru, Corc Fridmanın bir qədər əvvəl dedikləri və yazdıqlarını xatırlamağına dəyər. “Mülki MKİ” adlandırılan Stratfor şirkətinin qurucusu və direktoru Avropanın biz hissəsinin problemlərindən çox gözəl baş çıxardır. O və şirkəti olduqca ciddi analitik əsərlər yazır. Fridman kitablarının birində göstərib ki, Polşa Böyük Reç Pospolita dövründə oynadığı rolu özünə qaytara bilər. Şərq-mərkəz Avropanın taleyi haqda qərarlar qəbul edən Polşa ABŞ-ın mühüm tərəfdaşı ola bilər. Bunun gələcəyimiz üçün çox böyük əhəmiyyəti olacaq.

-2020-ci ilə doğru Rusiyanın parçalanacağı haqda gümanlar irəli sürən Corc Fridmanın proqnozu haqda nə düşünürsünüz?

-Nəzəri baxımdan hər şey mümkündür. Rusiya dedikcə müxtəlif tərkiblidir – xüsusən də milli və dini planda. Bu ziddiyyətlər böhranın potensial qaynağı ola bilər. Biz “Rusiya” deyərkən çox böyük bir məkan və hərbi planda bizi və başqa dövlətləri təhdid edən güclü dövləti təsəvvür edirik. Bizə elə gəlir ki, bu ölkə monolitdir. Amma Rusiya Federasiyasının xəritəsinə nəzər salmaq kifayətdir. Onun sərhədlərində yalandan müstəqil respublikalar və muxtar vilayətlər yerləşir, Moskvanın birmənalı şəkildə Rusiyanın saydığı ərazilərdə isə ruslara dəxli olmayan çox böyük milli qruplar yaşayır. Bundan savayı, Rusiyada müsəlman əhali qüvvə toplayır.

-Müsəlmanların güclü təmsilçiliyi var. Xüsusən Rusiya ordusunda.

-Bir müddət öncə deyilirdi ki, Rusiya silahlı qüvvələrində müsəlmanların sayı 30%-i keçir. Bu faiz əvvəllər daha yüksək idi, Rusiya hökumətinin fəaliyyəti sayəsində azalıb. Bu xüsusən də onunla bağlıydı ki, rus və müsəlman əsgərlər arasında münaqişələr yaranırdı. Rusiyalılar Çeçenistanı ram edə bildilər, amma problemlər qalır, zaman-zaman geri dönür.

Bundan başqa, Sibirdə separatçı tendensiyalar meydana çıxıb. Bu bölgə sakinləri hesab edirlər ki, Rusiya onların torpaqlarını istismar edir. Onlar təbii resurslarını sərbəst idarə edə və məsələn, Çinə və yaxud Yaponiyaya sata bilsəydilər, Sibirin və Rusiyanın vəziyyəti indikindən tamamilə başqa cür görünə bilərdi. Gördüyümüz kimi, parçalanmağa səbəb ola biləsi amillər bir neçədir. Prezident Putinin siyasəti – ölkənin fəal şəkildə silahlandırılması və müxtəlif növ münaqişələrə müdaxilə də bunun üzərinə əlavə olunur.

-Bütün bunlar Rusiya xammalına aşağı qiymətlər fonunda edilir.

-Məhz bu cürdür. Fikir var ki, Rusiya hökuməti və Putin ölkəni hansı təhlükənin təhdid etdiyini dərk edir və münaqişələrə girirlər ki, daxili münaqişə və Rusiyanın parçalanmasından yayınsınlar. Bu fonda o cümlədən Polşanın da təhlükəsizliyi məsələsi qarşıda durur. Rusiyanı parçalanma təhdidi gözlədiyi haqda ideya getdikcə daha tez-tez səslənir. Ona görə də professor Fridmanın proqnozu tamamilə gerçək ola bilər.

– Söhbətə başladığımız mövzuya – iyulun 6-da ABŞ prezidentinin Polşaya edəcəyi səfərə dönək. Biz görürürk ki, Varşavanın heç bir beynəlxalq təcridi yoxdur. Bu haqda müxalifət danışırdı.

– Bəli. “Hüquq və Ədalət” partiyası və sədri Yaroslav Kaçinskinin (Polşa prezidenti-tərc.) hərdənbir Allaha təşəkkür etməyinə dəyər ki, bizim müxalifətimiz bu cürdür. Onun ümumi səviyyəsi, ifadələri, hakim partiyanın təşəbbüslərinə reaksiyası sadəcə acınacaqlı görünür. Bilmirəm, onlar “total müxalifət” adına layiqdirlərmi və yaxud artıq bir dəfə kiminsə təklif etdiyi kimi, “isterik müxalifət” adlandırmaq daha yaxşıdır? Baxışımca, bu daha düzgün addır. Polşanın böyük potensialı var, inkişaf edən, güc toplayan dövlətdir. Heç şübhəsiz, biz bölgənin ən önəmli dövləti kimi çıxış edirik. Müxalifətin guya Polşanı beynəlxalq arenada təcrid etməyin mümkünlüyuyü haqda nağılları tam cəfəngiyyatdır.

Tomaş Plaskota, Polityce (Polşa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam