Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Nar” kuboku uğrunda gərgin mübarizə başladı

“Nar” kuboku uğrunda gərgin mübarizə başladı

  

“Nar”ın dəstəklədiyi “Brain Ring” intellektual yarışlarının səkkizinci mövsümü start götürdü

 

Xeberinfo.com:  Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də  məşhur bilik yarışlarının baş sponsoru oldu.

 

Sentyabr ayının 11-də “Brain Ring” intellektual bilik yarışlarının növbəti – səkkizinci mövsümü start götürdü. “Nar” operatorunun ənənəvi olaraq dəstək verdiyi yarışların səkkizinci mövsümü 16 hissədən ibarət olacaq. Bu dəfə “Brain Ring” bilik yarışlarında respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 21:30-da AzTV vasitəsilə yayımlanacaq. 

 

Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş “Nar” kuboku ilə təltif ediləcək. “Nar” kubokunun qalibi “Brain Ring 2016” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.  

 

 

Artıq ikinci “Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirirlər. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam