Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Məhkəmədəki çıxışlarıma görə mənə MTN-də təzyiqlər edilir”

 

   
    "xeberinfo.com": Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, hüquq müdafiəçisi Pərviz Həşimlinin və onunla birgə təqsirləndirilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
    Prosesdə çıxış edən Pərviz Həşimli bildirib ki, ona MTN-də təyiqlər daha da artıb: “Keçən dəfəki məhkəmə prosesindən sonra mənə MTN-də edilən təzyiqlər daha artdı. Mən məhkəmədə çıxışım zamanı onları tənqid etdiyim üçün mənə zülm edirlər. Gəzintiyə çıxmağıma icazə vermirlər. Müxtəlif bəhanələrlə mənə təzyiqlər edirlər. Bəzən deyirlər ki, nəyə görə kitablar stolun üstünə düzgün qoyulmayıb. Mənə buna görə əziyyət edirlər. Haqqımı tələb edəndə isə haqqımda akt yazırlar ki, mən guya onlara nəsə müqavimət göstərmişəm, qanunu pozmuşam”.
Hakim Novruz Kərimov: - Biz burada MTN əməkdaşı görməmişik. Onlar prosesdə baş verənləri hardan bilsinlər? MTN-də olan nizam-intizama onlar özləri nəzarət edir. Kitabın harada və necə qoyulması onların işidir. Biz buna qarışa bilmərik.
P.Həşimli: - Qəzetlərdən oxuyurlar. Mənim çıxışlarımda özlərinə sərf etməyən yazılar görəndə təzyiqləri artırırlar.
     Xatırladaq ki, P. Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb.
    P. Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam