Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həbsdə olan jurnalist ədliyyə nazirinə müraciət etdi

 

    Pərviz Həşimli ailə üzvləri ilə açıq görüş tələb edir

     "Xeberinfo.com": Dünən vəkil Bəhruz Bayramov Bakı İstintaq Təcridxanasında tanınmış jurnalist Pərviz Həşimli ilə görüşüb. Vəkil «Bizim Yol» qəzetinə açıqlamasında jurnalistin durumunun normal olduğunu bildirib: «Pərviz xatırlatdı ki, bu ilin sentyabr ayının 17-də həbsindən 1 il ötür. Amma bu müddət ərzində ona bir dəfə də olsun nə valideynləri, nə də həyat yoldaşı və övladı ilə açıq görüş verilməyib. Təcridxana rəhbərliyi bunu daxili nizam qaydaları ilə izah edir. Amma Cinayət Prosessual Məcəlləsinin 161-ci maddəsində məhkumun açıq görüş hüququ təsbit olunub. Hər halda qanun təcridxananın daxili qaydalarından üstün qüvvəyə malikdir». 

     Bəhruz Bayramov daha sonra P.Həşimlinin ailə üzvləri ilə açıq görüş verilməsi ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova müraciət etdiyini bildirdi: «Jurnalist dedi ki, bu günlərdə atası Türkiyədə ürək əməliyyatı keçirib, ona görə də atasının səhhətindən çox narahatdır. Xahiş edir ki, onun qanunda göstərilən hüquqlarının bərpa olunmasına dəstək verilsin».

P.Həşimli bütün ittihamları rədd edib, Beynəlxalq Amnistiya Təşkilatı onu «vicdan məhbusu» elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam