Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

İcra başçılarının şirkətləri - SİYAHI

İcra başçılarının şirkətləri

Xeberinfo.com:  Ölkə qanunları dövlət məmurlarına, millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı birmənalı şəkildə qadağan edir. Lakin buna baxmayaraq, müxtəlif iri şirkətlərin arxasında məmurlar və millət vəkillərinin dayandığı heç kimə sirr deyil. Baxmayaraq ki, onlar bu şirkətləri öz adına rəsmiləşdirmirlər.
Aktual.az-a istinadən müxtəlif bines strukturlarına faktiki rəhbərlik edən məmurlar, daha doğrusu icra başçıları ilə bağlı əldə etdiyi informasiyanı oxuculara təqdim edirik.
"Volkswagen”,  "Audi”, "Seat”, "Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olan avtomobil şirkəti Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyeva məxsusdur. Onun bununla yanaşı göydələn inşa edən tikinti şirkətinə, dükanlar şəbəkəsi və şadlıq evlərinə sahib olduğu deyilir.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun paytaxtda tikinti biznesi ilə məşğul olduğu deyilir. Onun Yasamal rayonu ərazisində yerləşən "Real Hospital” adlı özəl klinikası da var. Bu hospitalın əsasən uroloji problemlər istiqamətində ixtisaslaşdığı, onlarla həkimi öz ətrafında birləşdirdiyi iddia olunur.
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov Qax rayonunda əksər müəssisələri özündə birləşdirən "Uluyurd” şirkətinin faktiki sahibidir. Bu şirkət rayonda "El Resort beş ulduzlu otel, "Yaşıl park”,  "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz” ” Eden” park hotel, "Səngər qala”  istirahət mərkəzləri,  "Şəfa” istirahət və müalicə ponsionatı,  "İlisu” ponteonatı  və "Ulu Dağ” turizm mərkəzlərini özündə birləşdirir.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlət idarəçiliyinə təşrif buyurana qədər biznes fəaliyyəti ilə məşğul olub. Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru olmuş icra başçısının hazırda bir sıra şirkətlərə faktiki sahiblik etdiyi deyilir. Bu sırada turizm şirkətinin olduğu, müxtəlif ölkələrə, o cümlədən müqəddəs ziyarətgahlara səfərlər təşkil etdiyi iddia olunur. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam