Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bahar Muradovanın qohumu ordumuzu necə yararsızlaşdırır?

Bahar Muradovanın qohumu ordumuzu necə yararsızlaşdırır?

 

Xeberinfo.com:   Qaradağ rayonunun hərbi komissarı, polkovnik-leytenant Novruz Rəhimov barədə ANAXEBER.az-a ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, Novruz Rəhimovun qanunsuz əməlləri artıq rayon rəhbərliyini də narahat etməyə başlayıb. İddialara görə, Novruz Rəhimov komissarlığı şəxsi təsərrüfatına çevirib. Bildirilir ki, hərbi xidmətdən yayınmaq istəyən çağırışçılarla açıq söhbət olunur. Əsgərliyə getməyənlər bunun üçün 7000 manatından keçməlidirlər. Təkrar yoxlamanın qiyməti isə 1000 manatdır. Məlumata görə, həqiqətən də hərbi xidmətə yararsız olanlar da təkrar yoxlamadan keçərkən bu məbləği ödəməlidir. Əsas narazılıq da bununla bağlıdır. Məlumatda qeyd olunur ki, bununla bağlı bir neçə dəfə müvafiq qurumlara şikayət olunub. Lakin Novruz Rəhimova "gözün üstdə qaşın var" deyən olmayıb. Bunun səbəbi isə komissarın Milli Məclisin vitse-spikeri Bahar Muradova tərəfindən himayə olunmasıdır. Bu himayədarlığın kökündə qohumluq əlaqələri dayanır. Novruz Rəhimov vitse-spikerin bacısının həyat yoldaşıdır. Məlumata görə, komissarın növbədənkənar polkovnik-leytenant rütbəsi almasında da Bahar Muradovanın əməyi var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam