Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Elbrus Orucovun təyinatına münasibət

 

 

       Zahid Oruc: “Elbrus Orucov bu dövr ərzində onun haqda geniş tirajlanlanan fikirlərə özü cavab versə daha yaxşı olar”

 

        Cəsur Sümərənli: “Azərbaycan hakimiyyəti son dövrlər rusyönümlü siyasət yürüdür”

 

"xeberinfo.com": General-mayor Elbrus Orucov Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunması mediada, eləcə də sosial şəbəkələrdə tənqid atəşinə tutulub. Onu qeyri-peşəkarlıq və xəyanətdə ittiham edənlər bu təyinatı düzgün addım hesab etmirlər.

Deputat Zahid Oruc isə deyir ki, Elbrus Orucov bu fikirlərə münasibət bildirsə daha yaxşı olar: “Azərbaycan birinci Qarabağ savaşını məğlubiyyətlə başa vurduğundan orada hərbi mundirdə döyüşmüş şəxslərin üzərinə və yaxud sadəcə əsgər olaraq səngərdə fəaliyyət aparmış insanların bu gün əlil və yaxud veternaların üzərinə hər hansı bir formada tənqidlə gedənlər də var. Mən bu mövqeni çox da bölüşmürəm. Çünki tarixdə belə savaşlar çox olub. Hər biri də dərhal və ilk döyüşdəcə qələbəylə başa çatmayıb. Elbrus Orucov haqda on illərdir ki müxtəlif xarakterli ittihamlar yaxud tənqidlər və qınaqlar eşitmişik. Eyni zaman da onun fəaliyyətini öyən məqbul sayan təcrübəli peşəkar kadr olduğunu iddia edənlər də olubdur. Açığı bunlardan hər hansı birinin mötəbər olduğunu söyləmək mənəim üçün çətindir. Onu da bildirərəm ki, Elbrus Orucov bildiyim qədər Rəhim Qazıyevin məhkləmə proseslərində bu və ya digər dərəcədə adı keçdiyindən məhkəmə qarşısında da olub. Təkcə səngər tribunasında deyil, eyni zamanda hüquqi mühakimə tribunasından keçib. Mənim bildiyim qədərilə də onu xüsusi gizli bir əl himayə etmədiyindən proseslərdən də o real qınaq olmadan çıxıb. Bütün bunları nəzərə alaraq onun real döyüş təcrübəsi əsas götürülərək yeni müdafiə naziri belə bir qərar veribsə düşünmürəm ki, onu süngüylə qarşılamaq, yaxud bu qərarı linç etmək lazım deyil. Çox arzulayıram ki, Elbrus Orucov bu dövr ərzində onun haqda geniş tirajlanlanan bu fikirlərin hamısına ən azından elə hərbçi peşəkarlığıyla cavab versin. Nə qədər onlar doğrudur, nə qədər yalandır. O, dünənə qədər özünü fərd olaraq təmsil edirdisə hər hansı bir elementi təftiş olunurdusa, indi təyin olunduğu vəzifəyə görə bir sistem haqda fikirlər yürüdülür. Bütün bunlar olmasın deyə onun özü cavablandırsa daha yaxşı olar”.

Hərbi ekspert Cəsur Sümərənli bildirib ki, Azərbaycan Silahlı Qüvvələrində ciddi kadr çatışmamazlığı var: “Elbur Orucovun Şuşa uğrunda döyüşlər zamanı göstərdiyi qətiyyətsizlik, eyni zamanda onun rusyönümlü bir şəxs olması sirr deyil. Bu baxımdan onun belə bir mühüm mövqeyə gətirilməsini düzgün hesab etmirəm. Cəmiyyətdə onun fəaliyyəti ilə bağlı ciddi şübhələr var. Düşünürəm bu yalnış bir addım idi. Amma bu təyinat müvəqqəti bir dönəm üçün də ola bilər. Azərbaycan Silahlı Qüvvələrində ciddi kadr çatışmamazlığı var. Səfər Əbiyev dövründə korrupsiyaya qurşanmış zabitlər işdən çıxarılıb, normal kadr təyin olunması çox ciddi və müşkül məsələdir. Bu baxımdan Elbrus Orucov kimi insanların müvəqqəti olaraq təyin olunması mümkündür.

 

Burada başqa məqamların da olması istisna olunmur. Belə ki, Müdafiə Nazirliyində rusyönümlü kadrların artımı da nəzərdə tutula bilər. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti son dövrlər rusyönümlü siyasət yürüdür. Müdafiə nazirliyində bəzi dəyişikliklərdə baş verdi ki, bu dəyişikliklər nəticəsində Azərbaycan NATO standartlarından bir az geri çəkilmə müşahidə olundu”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam