Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Nazirin kadr islahatlarının pərdəarxası

 

Milli Təhlükəsizlik Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində başlayan həbs dalğası Təhsil Nazirliyindən də yan keçməyəcək.

Xeberinfo.com:   Məlumata görə, bu barədə “Yeni Müsavat” qəzeti yazıb. Qəzet təhsil nazirinin gözlənilmədən nazirlikdə və təhsil şöbələrində ciddi kadr dəyişikliyinə başlaması ilə bağlı ilginc informasiyalar yayıb. Xəbərdə bildirilir ki, MTN-in general korpusunun əməllərinin ifşasından sonra ölkədə bir sıra nazirlik və müəssisələrdə də həbslər başlayıb. 

Məlumdur ki, ötən ay Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində işçi qrup adı altında əslində məhz antikorrupsiya əməliyyatları üçün görəvləndirilən xüsusi qrup yaradılıb. Bu qrupa geniş səlahiyyətlər verilib və həbslərlə bağlı qərarlar birbaşa prezidentin adından icra edilir. Bu isə o deməkdir ki, işçi qrup üçün heç bir maneə və toxunulmaz nazirlik və məmur yoxdur. 

Xəbərlərdə deyilir ki, prezidentin tapşırığına əsasən, istisnasız olaraq fəaliyyəti şübhə doğuran bütün nazirliklər və komitələrin yüksək vəzifəli məmurları “istintaq altına” düşə bilər. Bu, baş prokuroru oliqarx-nazirlərin mümkün təzyiqlərindən qorumaqla yanaşı, daha çox ortada prezidentin iradəsi olması mesajıdır.

Antikorrupsiya həbslərinin rüşvətin ən çox olduğu deyilən təhsil sistemindən də yan ötməyəcəyi gözləniləndir. Həm Eldar Mahmudovun, həm də Əli Abbasovun işdən çıxarılması prezidentin qərarlı olduğunu və kiməsə güzəşt edilməyəcəyini göstərdi. Bu səbəbdən də təhsil naziri də indidən arzuedilməz şəxslərlə vidalaşır.

 Təhsil Nazirliyindən əldə olunan məlumata görə isə nazirlikdəki təyinatlar və işdən çıxarılmalar adi kadr dəyişiklikləridir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam