Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MİTİNQDƏN FOTO PAYLAŞAN JURNALİST İŞDƏN QOVULDU

Ferahim ilqaroglu

APA-Holdinqin əməkdaşı Fərahim İlqaroğlu işdən çıxarılıb.

Xeberinfo.com:  Buna səbəb onun virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevlə Milli Şuranın 11 sentyabrda keçirdiyi mitinqbarədə mübahisəsi olub. Eynulla Fətullayev həmin mitinqlə bağlı aksiya başlamışdan əvvəl çəkilən fotolardan birini (həmin fotoda 5-10 adam əks olunur) paylaşaraq Milli Şuranın fiaskoya uğradığını iddia edib. Fərahim İlqaroğlu isə onun statusunun şərh bölməsinə mitinq vaxtı çəkilmiş fotolardan birini qoyub. Bu fotoda isə mitinqin kütləviliyi əks olunur. Bundan hiddətlənən Eynulla Fətullayev ona “Sən AXCP-də işləyirsən, yoxsa APA-da” deyə sual edib. Fərahim İlqaroğlu isə bunun məsələyə dəxli olmadığını jurnalist kimi peşə borcunu yerinə yetirdiyini diqqətə çatdırıb. Bundan sonra Eynulla Fətullayevin yazişmanı Prezident Administrasiyasına gondərdiyi və APA-Holdinqin rəhbərliyinə Fərahim İlqaroğlunu işdən çıxarmaq tapşırığı gəldiyi bildirilir.

Jurnalistin işdən çıxarılmasına münasibəti belə olub: “APA Holding”lə yollarımız ayrıldı. İşdən çıxarılmama səbəb kimi mənim jurnalist Eynulla Fətullayevin paylaşdığı postda mitinqdən olan bir fotonu şərh kimi yerləşdirməyim və eyni zamanda “Azadlıq” qəzetində çalışan həmkarlarımı müdafiə etməyim göstərildi. Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı”. (azadliq.info)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam