Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eynulla Fətullayev:"Pulu Mehman Əliyev yox, mən almışam"

 

 

Bu gün, 29 avqustda Vergilər Nazirliyinin İstintaq İdarəsində Nəcəf Nəcəfov Fondunun başçısı, “Turan” İnformasiya Agentliyinin direktor müavini Şahin Hacıyev dindirilib.

Yenixeber.org:   Bu barədə virtualaz.org-a Ş.Hacıyev özü məlumat verib.

İstintaq İdarəsi N.Nəcəfov Fondunun fəaliyyətinin araşdırılmasına başlayıb. Qeyd edək, Fondun altı təsisçisindən biri Mehman Əliyevdir.

Ş. Hacıyevdən xüsusən 2011-ci ildə Norveç səfirliyi və Soros fondu tərəfindən N.Nəcəfov Fonduna ayırılmış qrantlar haqda soruşublar.

Virtualaz.org-a həmin qrantların qeydiyyatı və əldə edilməsi ilə bağlı məlumatlar məlumdur. Məsələ ondadır ki, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev 2011-ci ildə dörd il həbs cəzası çəkəndən sonra Azərbaycan prezidentinin fərmanı ilə azadlığa çıxıb. Daha əvvəl, E.Fətullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən bəraət alıb və jurnalistə qarşı bütün ittihamlar geri  çəkilib.

Şahin Hacıyev

Həbsdən azad olunandan sonra, E.Fətullayev öz jurnalist fəaliyyətini bərpa etməyə qərar verib və Norveç səfirliyindən, Soros və Marşal fondlarından haqqin.az media layihəsinin yaradılmasına qrantlar alıb. Ancaq E.Fətullayevin adına qeydiyyatdan keçmiş  təşkilat olmayıb ki, hesabına pul daxil olsun. Və onda o, "Turan" rəhbərliyinə Nəcəf Nəcəfovun jurnalist fondu vasitəsi ilə layihəyə qrantlar almaq xahişilə müraciət edib.  

E.Fətullayev virtualaz.org-a açıqlamasında bildirib: "Mən onda Sorosdan,  Norveç və Almaniya hökumətlərindən  haqqin.az layihəsinin yaradılmasına təxminən 200 min dollarqan çox pul aldım. Bizim saytımız, çoxlarının iddia etdikləri kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb. Və Mehman Əliyevlə Şahin Hacıyev bunu bilirlər. 

Mən həqiqəyən də Mehman Əliyevə və Şahin Hacıyevə xahişlə müraciət etmişdim, çünki  mən həbsxanada olanda onlar mənim hüquqlarımı müdafiə edirdilər. Mənim qeydiyyatdan keçmiş təşkilatım yox idi. Bundan başqa, Fondun vəzifələrindən biri də jurnalist layihələrinə kömək etməkdən ibarətdir. Və böyük minnətdarlıq hissilə yada salıram ki, onlar mənə kömək etdilər. Mən saytı yarada bildim. Yəni pulu mən almışam, Mehman Əliyev yox".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam