Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Mən E.Fətullayevin R.Musabəyov haqda yazdıqlarında həqiqət görürəm"

 

Araşdırmaçı jurnalist Eynulla Fətullayevin Milli Məclisin deputatı Rasim Musabəyov haqqında dərc etdiyi tənqidi yazı qalmaqala səbəb olub.
"Xeberinfo.com":  Eynulla Fətullayev yazısında Rasim Musabəyovu siyasi səhnədə tez-tez mövqeyini dəyişdirməkdə, satqınlıqda ittiham edib. Rasim Musabəyov isə E.Fətullayevi sifarişlə yazı yazmaqda qınayıb və onun ölümünün yetişdiyini bildirib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlama verərək tərəflər arasında olan gərginliyə münasibət bildirib:
“Bunlar hər ikisi arxadan zərbə vuranlardı. Eynulla Fətullayevin əvvəlki yazıları hamıya məlumdur. Həbsdən çıxandan sonra sayt açıb veriblər işlədir. Rasim Musabəyov da əvvəl başqa mövqedə idi,  deputat olduqdan sonra mövqeyini dəyişdi. Ağzını yummması üçün mandat verdilər ona. Gərək hər iki şəxs səbrli olalar, siyasət belə şeydir ki, səbr tələb edir. Bu gün Azərbaycanı qarışdırmaq, ləkələmək istəyən qüvvələr hər an fürsət gözləyir ki, ölkəmiz haqda mənfi imic formalaşdırsınlar. Musabəyovun açıqlamasından sonra bəziləri başlayacaq ki, “Azərbaycanda deputat jurnalisti it kimi öldürməyə çağırış etdi” Mən E.Fətullayevin R.Musabəyov haqda yazdıqlarında həqiqət görürəm, amma məsələni böyütməsinlər, təklif edirəm ki, hər iki şəxs barışsın”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam