Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eynulla Fətullayev ANS-ə keçdi

 

Tanınmış jurnalist Eynulla Fətullayev Haqqin.az saytının baş redaktoru vəzifəsindən istefa verib.

Xeberinfo.com:  Məlumata görə, bu barədə onun özü redaksiya heyətinin dekabrn 22-də keçirilmiş iclasında açıqlama verib. E.Fətullayev bildirib ki, rəhbərlik etdiyi media orqanlarının reklam və menecment işlərinin təkmilləşdirilməsinə zərurət yarandığından o bundan sonra daha çox təşkilati işlərlə məşğul olacaq. Haqqın.az saytnın müəlliflərindən biri kimi də fəaliyyət göstərəcəyini deyən E.Fətullayev öz yerini 22 yaşlı gənc jurnalistə – Murad Səmədova təhvil verib. O, bundan əvvəl saytın informasiya şöbəsinə rəhbərlik edib. E.Fətullayev yeni baş redaktorun istedadlı jurnalist olduğunu və onun parlaq gələcəyinə inandığını deyib.

İclasda o da məlum olub ki, E.Fatullayev növbəti ilin ilk ayından etibarən ANS telekanalında yeni layihəyə start verəcək. “Hələlik detallar barədə danışmaq istəmirəm. Mənə elə gəlir ki, televiziyaya qayıtmağım maraqlı hadisə olacaq” deyə, E.Fətullayev bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam