Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq rəisin layihələri yarımçıq qaldı

 

Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədov işdən çıxarılandan sonra onun bir sıra obyektləri əlindən alınıb, bəzi layihələri isə yarımçıq qalıb. 
   "xeberinfo.com": T. Əhmədovun Qazaxda tikdirdiyi böyük otelinin və istirahət mərkəzinin də inşası dayandırılıb. 
    Məlumata görə, tikinti işləri bir ay öncə dayandırılıb. Otelin tikintisinin yarımçıq qalması T. Əhmədovun vəzifədən getməsi ilə əlaqələndirilir. 
   Qazax rayon sakinlərinin dediyinə görə, obyektinin tikintisinə böyük işçi qüvvəsi cəlb edilibmiş. İşçi sayının çox olmasında məqsəd obyektin tikintisini tez başa çatdırmaq olub. 
    Amma obyekdə artıq tikinti işləri tamamilə dayandırılıb. Yarımçıq otelin ərazisində bir neçə mühafizəçidən savayı heç kimin olmadığı bildirilir.
   Qeyd edək ki, T.Əhmədovun həyat yoldaşı əslən Qazax rayonundandır. Metropolitenin sabiq rəisinin Qazaxa sərmayə qoyması və iş qurması da bununla bağlıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam