Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Devalvasiya Tağı Əhmədovun milyonlarını “vurdu”

tagi-ehmedov21 dekabr devalvasiyasından sonra ciddi maliyyə böhranı yaşayan banklara Azərbaycanın üzdə olan tanınmış adamlarının da böyük məbləğlərdə vəsait yatırdığı barədə məlumatlar yayılmaqdadır.

Xeberinfo.com:   Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının hazırki sədri Tağı Əhmədovun da adı həmin tanınmışlar siyahısında var. Etibarlı mənbələrdən Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun bir neçə milyon manat vəsaiti bu günlərdə bağlanan banklardan birində batıb.

Bizə çatan dəqiq xəbərə görə, o, Azərbaycanda problemlə üzləşən bankların birinə vaxtı ilə küllü miqdarda əmanət yatırıbmış. Lakin ötən ilin 21 dekabrında manatın devalvasiyaya uğraması nəticəsində bir çox banklarda ciddi problemlər yarandığı üçün həmin kommersiya müəssisələri əmanətçilərin vəsaitləri geri qaytara bilməyib. Tağı Əhmədov da bankdan əmanətini geri istəyib, amma bu, alınmayıb. Nəticədə sabiq rəisin külli miqdarda əmanəti bankda batıb.

Məsələylə bağlı Tağı Əhmədovun özündən münasibət öyrənilməyə çalışısada, o, zəngə cavab versə də, mediadan olduğunu biləndən sonra telefonu söndürüb.

Xanımı Salatın Əhmədova isə suallarımızı səbrlə dinlədi, amma cavab verməkdən imtina etdi. (modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam