Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bakı Metropolitenində “təmizləmə” başladı

 

 

     "Bakı Metropoliteni"nin yeni sədri QSC-də hansı dəyişiklik aparır? 

       "Vurulacaq"  kadrlar  kimlərdi?

     "xeberinfo.com": Biz bir neçə gün bundan öncə saytımızda ""Bakı Metropoliteni"ndə kütləvi kadr dəyişikliyi olacaq" başlıqlı yazı dərc etmişdik.  Metropolitenin mətbuat xidmətindən əldə etdiyimiz  məlumata görə, hazırda yeni qurumun formalaşdırılması prosesi gedir, QSC-nin nizamnaməsi hazırlanır. Nizamnamə hazır olandan sonra "Bakı Metropoliteni"nin yeni rəis müavinləri də ölkə başçısı tərəfindən təsdiqlənəcək.

Bildirilir ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra Tağı Əhmədova yaxın aşağı ranqlı bəzi kadrlar vəzifədən kənarlaşdırılıb. İşdən çıxarılanların ən birincisi isə Tağı Əhmədovun köməkçisi olub. Bundan başqa, Tağı Əhmədovun Bakı Metropolitenində metro sahəsi üzrə ixtisaslı kadr olmayan, amma müxtəlif vəzifələr tutan bir neçə qohumu da işdən kənarlaşdırılanlar arasındadır. 

"Bakı Metropoliteni"ndən əldə etdiyimiz digər məlumata görə, Tağı Əhmədovun metro keçidlərindəki ticarətə nəzarət imkanları da tamamilə onun əlindən alınıb. Eyni zamanda yeraltı keçidlərdəki ticarət işlərinə nəzarətdə Tağı Əhmədova yardım edən və ona çox yaxın şəxslər də bu sahədən kənarlaşdırılıblar.

"Bakı Metropoliteni"nin baş mühəndisi Fuad Tağızadənin də işdən çıxarılacağı barədə məlumatlar var. Bildirilir ki, yeni rəis onunla işləməyəcəyi barədə xəbərdarlıq edib.

Zaur Hüseynov işə başlayandan sonra "Bakı Metropoliteni"ndə Tağı Əhmədova yaxın olan bəzi yüksək vəzifəlilər isə işdən  getmək barədə könüllü ərizə yazıblar. Ərizə yazanlar sırasında Metropoliten rəisinin müavini, Tikilən Bakı Metropoliteni Müdiriyyətinin rəisi Arif Rəsulovun da olduğu bildirilir. Lakin 2007-ci ildən bu vəzifədə çalışan Arif Rəsulovun təcrübəsini nəzərə alan yeni rəis onun işdə qalmasını istəyib.

"Bakı Metropoliteni" QSC-də hər şeyə yaxın iki aydan - qurumun yeni Nizamnaməsi təsdiqlənəndən sonra aydınlıq gələcək. O zaman kimin işdə qalıb, kimin qalmayacağı da konkretləşəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam