Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yardımlının milyonçu məmuru "ilişib" - maliyyə yoxlamasında

Yardımlının milyonçu məmuru "ilişib"
İyulun 30-dan Yardımlıda maliyyə yoxlamalarına başlanıb.

 

Xeberinfo.com:   Bu barədə rayondan məlumat verilib. Maliyyə Nazirliyinin komissiyası abadlıq-quruculuq işlərinə ayrılan vəsaitin şəffaf xərclənməsini təftiş edir. Nazirlik əməkdaşlarının maliyyə pozuntuları aşkarladığı qeyd olunur.
Xəbərdə bildirilir ki, maliyyə yeyintiləri aşkarlayan komissiya hələ ki Yardımlını tərk etməyib. İddialara görə, dövlət vəsaitlərinin maxinasiyasında icra başçısının müavini Mahir Mirzəyevin adı hallanır. M.Mirzəyev Sevindik Hətəmovun vaxtından müavin vəzifəsində çalışır və keçmiş başçının sevimli kadrı olub. Məlumatda deyilir ki, M.Mirzəyev maliyyə yeyintiləri barədə faktların qarşısında aciz qalıb. Rayonun gəlirli sahələrinə əl qoymuş başçı müavini komissiyaya hesabat verə bilmir. Onun rayonda tikdirdiyi ikimərtəbəli villasını görmək kifayət edir ki, tikinti işlərinə ayrılan büdcə pullarının hara sərf olunduğu qənaətinə gəlinsin.
M.Mirzəyevin mətbuatda siyahısı yayılmış mal-mülklərinə nəzər yetirəndə məlum olur ki, icra başçısının müavini dövlət məmuru yox, milyarder bir burjuydur. Siyahını təqdim edirik: “Şəhriyar” şadlıq evi, yanacaqdoldurma məntəqəsi, Maliyyə İdarəsinin keçmiş binası, Meşə İdarəsinin binası, Avaş kəndi yaxınlığında iri qoyunçuluq və maldarlıq ferması, Deman kənd ərazisində 100 hektarlarla yararlı torpaq sahəsi, iki “Şaqman” KaMAZ, KON tipli texnika və xırda “Belarus”, musiqi məktəbinin köhnə binasının yeri, “Land Kruzer” markalı şəxsi avtomobil və s. (Dia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam