Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

“Azəraqrartikinti”nin səhmdarları kütləvi şəkildə payını satır

2fd25f48-5843-4a90-a6e0-bdadeda6f232_292

Son bir ayda “Bakı Fond Birjası” QSC-də (BFB) “Azəraqrartikinti” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 70 əqd bağlanılıb.

Xeberinfo.com:    BFB-yə istinadən xəbərə görə, bu əqdlər hər birinin nominal dəyəri 20 manat olan 8 580 səhmin (171 600 manatlıq) realizə edilməsini nəzərdə tutur.

Səhmlərin hamısı təkrar bazarda əldə edilib. Qiymətli kağızları satan və alan tərəflər açıqlanmasa da, əqdlərin əksəriyyətində 130 səhmin alınıb-satılması şirkətin minoritar səhmdarlarının kütləvi şəkildə payından imtina etməsindən xəbər verir.
Xatırladaq ki, “Azəraqrartikinti”nin səhmləri müəssisənin işçiləri arasında bölünüb və hər işçiyə 130 səhmdən ibarət paket çatıb. Səhmlərin ümumi sayı isə 561 470-dir. Onların əsasında ASC-nin 11 229 400 manatlıq nizamnamə kapitalı formalaşıb.
“Azəraqrartikinti” səhm sahiblərinin kütləvi şəkildə dəyişməsi ilə bağlı açıqlama vermək istəməyib. Yalnız onu bildirirlər ki, şirkətin 4 319 səhmdarı var. Fond bazarı üzrə mütəxəssislər isə hesab edirlər ki, əgər səhmlər ardıcıl olaraq alınıb-satılırsa, çox güman ki, müəssisənin əsas səhmdarı minoritar səhmdarların hesabına payını artırmaqdadır. Yəni, şirkətə yeni səhmdarların gəlməsi real deyil.
Xatırladaq ki, “Azəraqrartikinti” 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Maliyyə hesabatını açıqlamayan şirkət bir sıra dövlət sifarişlərində icraçı olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam