Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Bakı Fond Birjası” 5 şirkətin üzvlüyünə xitam verdi

1482508906

 

“Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə ötən ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış “Brokdil-Az”, “Çelsi Kapital”, “BoB Broker”, “Standard Kapital” MMC-lərin və “Dəmir investisiya şirkəti” QSC-nin quruma üzvlüyünə xitam verilib.

Xeberinfo.com:   BFB-yə istinadən xəbərə görə, buna səbəb həmin şirkətlərin “Qiymətli kağızlar bazarı haqqında” yeni qanuna və BFB-nin üzvlük qaydalarına uyğun olmamasıdır.

“Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra, onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcək”, – deyə Birjanın açıqlamasında qeyd olunur.

Xatırladaq ki, “Brokdil-Az”, “BoB Broker”, “Standard Kapital” şirkətləri və “Dəmir investisiya şirkəti” BFB-nin səhmdarları olaraq qalırlar.

Hazırda BFB-nin “Kapital Menecment İnvestisiya Şirkəti” ASC, “İnvest-Az İnvestisiya Şirkəti” QSC, “Azfinance İnvestisiya Şirkəti” QSC, “Unicapital İnvestisiya Şirkəti” ASC, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC və “PSG-Kapital İnvestisiya Şirkəti” QSC daxil olmaqla 6 üzvü var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam