Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Cahangir Əsgərov hərəkətə keçdi: 3 nəfər işdən qovuldu

3 nəfər işdən qovuldu

 

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər vəzifələrində dəyişikliklər baş verib 

Xeberinfo.com:  Məlumata görə
, bu barədə AAAF-ın mətbuat xidmətindən açıqlama verilib.


Ruslan Xanverdiyev vitse-prezident, Rizvan Rəsulov baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub. Xanverdiyev Elxan Əliyevi, Rəsulov Yavər Hacıyevi, Heydərov isə dünya çempionu Nizami Paşayevi əvəzləyib. Yeni vəzifələrə təyinatdan sonra AAAF prezidenti Cahangir Əsgərov müşavirə keçirib. O, idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadənin təkrarlanmaması üçün ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.

Federasiyadan bildirilib ki, hazırda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına fəal hazırlıq gedir. Ən yaxın zamanda Azərbaycanın ağır atletika üzrə yığmasının heyəti formalaşdırılacaq və bu barədə əlavə məlumat veriləcək.

Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə, AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına (IWF) apellyasiya şikayəti göndərib. Federasiya ümid edir ki, qısa müddətdə şikayət müsbət həllini tapacaq və Kostova "Rio-2016"da iştirak edəcək.

Qeyd edək ki, IWF Azərbaycanın altı atletini 2015-ci il dünya çempionatı zamanı dopinq-testdən keçə bilmədiyi üçün uzun müddətə diskvalfikasiya edib. Onlardan beşi 8 il, biri 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Eyni zamanda 2008-ci il Pekin və 2012-ci il London olimpiadasında çıxış etmiş ağırlıqqaldıranların dopinq-testlərinin təkrar analizləri nəticəsində müvafiq olaraq, İntiqam Zairov və Boyanka Kostovadan istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam