Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Televiziya kanallarına güzəşt olmayacaq"

 

“Çox təəssüf ki, indiyə qədər verdiyimiz tövsiyələr nəticə verməyib. Azərbaycan efirindəki sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi insanların heysiyyətinə toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Biz düzgün yoldayıq”.

 

"Xeberinfo.com":   Məlumata görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

 

N. Məhərrəmli bildirib ki, MTRŞ bu məsələdə israrlıdır: “Ona görə də hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib, belə verilişlərin bağlanması davam etdirəcəyik”.

 

Həmin verilişlərin reytinqinə gəlincə, N. Məhərrəmli bildirib ki, hələ bu məsələdən çıxış yolu tapa bilməyiblər: "Amma bunun üzərində işləyirik. Çünki reytinq ölçən təşkilatlarla bağlı iş çox şübhə doğurur. Hansı insanların evlərində hiprmetrlərin olması şübhəlidir. Ona görə də bu məsələ barədə düşünürük. Çalışacağıq ki, rəqəmsal yayıma tam keçiddən sonra bu məsələni həll edək”.

 

Verilişlərin bağlanmasına görə ANS və digər telekanallar tərəfindən MTRŞ-in məhkəməyə verilməsinə gəlincə, N. Məhərrəmli məhkəmədən qorxmadıqlarını vurğulayıb: “Biz qərarlarımızı hüquqa uyğun veririk. İstənilən şəxs bizi məhkəməyə verə bilər, biz buna hazırıq. MTRŞ Azərbaycan efirində baş verən prosesləri tənzimləyən, qərar verən qurumdur”.

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam