Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazir çıxılmaz durumda: həbsdəki bankirə iqtidardan kimlər dəstək verir?

Maliyyə nazirimiz çıxılmaz durumda – həbsdəki bankirə iqtidardan kimlər dəstək verir

 

“Samir Şərifov istintaqa cəlb olunmalıdı” – ekspert rəyi; Məhkəmə prosesində Cahangir Hacıyevin açıqlamaları ölkə gündəmini və iqtidarın maliyyə sistemini bir-birinə vurub; suda batan bankir ayağının altına kimləri yığır?; sensasion yeyinti faktlarının üzə çıxması böyük kəllələr ala bilər... 

 

Xeberinfo.com:   “Beynəlxalq Bank işi”nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmədə bankın sabiq rəhbəri C.Hacıyevin ifadəsi ölkə mətbuatında sensasiya doğurub. Belə ki, sabiq bankir maliyyə naziri Samir Şərifovu hədəfə alaraq, onu devalvasiyanın tək müəllifi adlandırıb. Cahangir Hacıyev Beynəlxalq Bank işinə görə də, Samir Şərifovu ittiham edib. Onun Mərkəzi Bankın sədri Elman Rüstəmovu deyil, birbaşa Samir Şərifovu hədəfə alması da mətbuatda sual doğurub. 
Məlum olduğu kimi, Beynəlxalq Bankın səhmlərinin 51 faizi dövlətə məxsus olduğundan bankın səhmlər paketinə nəzarət və Müşahidə Şurasına rəhbərlik də maliyyə nazirinin əlində olub. Ekspertlər hesab edir ki, bu yolla Cahangir Hacıyev suçunu onun üzərinə yıxmağa çalışır. 
Digər tərəfdən, Samir Şərifovun adının tez-tez hakimiyyətdaxili çəkişmələrdə hallanmasının, keçmiş rus kəşfiyyatçısı tərəfindən agent olmaqda suçlanmasının bir səbəbi kimi də onun baş nazir postuna ən real namizəd olması göstərilir. 
 
Politoloq Ərəstun Oruclu da hesab edir ki, maliyyə nazirinə qarşı atılan bu addımlar əslində Cahangir Hacıyevin qudası Eldar Mahmudovun planıdır: “Birincisi, Cahangir Hacıyevin istintaqa verdiyi ifadələr həm də onun özünü xilas etmək cəhdindən irəli gəlir. Beynəlxalq bankın böyük məbləğdə pulları yeyilib və burada maliyyə nazirini ittiham etmək gülüncdür. Çünki həmin bank Cahangir Hacıyevə etibar olunub, o da qudası Eldar Mahmudovla əl-ələ verib min cür fırıldaqla o pulları ”yeyiblər". Təbii ki, digərlərinin də iştirakı ilə. 
İkinci tərəfdən, “devalvasiyanın səbəbkarı Samir Şərifovdur” demək doğru deyil. Ola bilər ki, o, təklif edib. Lakin ölkədə baş verən devalvasiyanın konkret səbəbləri var. Bu səbəblərdən biri neftin qiymətinin aşağı düşməsidir, ikinci səbəbə Avropa Oyunlarına xərclənən böyük məbləğdə büdcə vəsaitləridir,  üçüncü səbəb ölkədə iqtisadiyyatın düzgün qurulmamasıdı. Samir Şərifovu hədəfə almaqda məqsəd ondan ibarətdir ki, görünür, referendumdan sonra o, baş nazir postuna namizədlərdən biri olacaq. Samir Şərifov ilk dəfə deyil ki, hədəfə alınır. Xatırlayırsınızsa, keçmiş rus kəşfiyyatçısı Samir Şərifovla bağlı ittihamlar irəli sürmüşdü, onu agent adlandırmışdı. Sonradan məlum oldu ki, bunun da arxasında Cahangir Hacıyevin qudası Eldar Mahmudov dayanır. Nə qədər ki, Eldar Mahmudov əməllərinə görə cəzalandırılmayıb və azadlıqdadır, o vaxta qədər bütün bu siyasi oyunlarda fiqur olaraq qalacaqdır".
Image result for Əkrəm Həsənov
İqtisadçı ekspertlər də devalvasiyada yeganə olaraq Samir Şərifovun günahlandırılmasını absurd hesab edirlər. Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müəllifinin kim olmasından asılı olmayaraq, 2015-ci ilin əvvəlində kəskin devalvasiya Azərbaycan üçün qaçılmaz idi: “Mən birinci devalvasiya təklifinin Samir Şərifovdan gəldiyini istisna etmirəm. Əgər bunu S.Şərifov deyibsə, düz edib. O zaman artıq Azərbaycanda devalvasiya gecikmişdi. Azərbaycanın neft hasilatının pik həddi 2011-ci ildə idi. Elman Rüstəmov 2010-cu ildə Rusiyanın paytaxtında doktorluq dissertasiyası müdafiə edib və həmin dissertasiyanı mən oxumuşam. Elman Rüstəmov orada etiraf edib ki, Azərbaycanda neftin pik həddi 2011-ci ildədir, ondan sonra milli valyuta üçün problem olacaq. Yəni bu adam bunları bilirdi”.
 
Image result for Sair Şərifov
 
Ekspert bildirib ki, devalvasiya dünyanın neft hasil edən ölkələrinin demək olar ki, hamısında oldu: “Hətta nefti olmayan ölkələrdə də devalvasiya baş verdi. Yəni həmin dövrdə devalvasiyadan qaçmaq mümkün deyildi. Əgər o zaman devalvasiya olmasaydı, milli valyutanı güclü saxlasaydılar, bir gün ayılacaqdıq ki, dollar ehtiyatımız yoxdur. Bu baxımdan Samir Şərifov devalvasiyanı təklif edibsə, düz edib”.
Ə.Həsənov sözlərinə görə, devalvasiyanın Azərbaycanda ağır nəticələr doğurmasının səbəbi də bank sistemindəki çatışmazlıqlar və dollarla kreditlərin həcminin həddindən artıq çox olmasıdır: “Həmin kreditləri Samir Şərifov verməyib ki... Bu kreditləri Cahangir Hacıyev və digər bankirlər veriblər. Elman Rüstəmov da buna göz yumurdu”.
 
Ə.Həsənov Samir Şərifovu bütün bu baş verənləri müşahidə edib susmaqda günahkar bildi: “Mən Samir Şərifovu dəstəkləmirəm. O, Beynəlxalq Bankın Müşahidə Şurasında olub və indi də həmin vəzifədədir. Buna görə də, Beynəlxalq Bankda olan qanunsuzluqlara görə, onun hüquqi  məsuliyyəti olmasa belə, siyasi, peşəkar və mənəvi məsuliyyəti var. Mən orada işləmədən görürdüm ki, Beynəlxalq Bankda vəziyyət necədir. Orada təminatsız olaraq 10 milyon, 100 milyon kredit verirdilər. Biz bunları görürdüksə, Samir Şərifov da görürdü”.
Image result for İqtisadçı ekspert Qubad İbadoğlu
 
İqtisadçı ekspert Qubad İbadoğlu isə “Yeni Müsavat”a açıqlamasında məhkəmədə səslənən ifadələrə əsasən ölkədə kriminallaşmış bir bank sisteminin olmasına diqqət çəkdi: “Cahangir Hacıyevin məhkəməsində səsləndirilən iddialar onu göstərir ki, Azərbaycanda kriminallaşmış maliyyə-bank sistemi, iqtisadiyyat mövcud olub. Bankın İdarə Heyəti Müşahidə Şurasının qərarına əməl etməyib. İdarə Heyətinin qərarı Müşahidə Şurasında təsdiq olunmayıb. Bu, bankalarda kooperativ idarəetmə sisteminə zidd olan bir haldır. Açıqlamalar göstərir ki, burada bank rəhbəri ilə onu müşahidə edən dövlət orqanları arasında ziddiyyət olub, onlar bir-birinin qərarlarını qəbul etməyiblər. Bir-birlərinin əksinə iş görüblər. Bu açıqlamalar göstərir ki, Azərbaycanın ən böyük bankının rəhbəri belə ölkənin qanunlarına hörmət etmədən dövlət vəsaitlərinin bir hissəsini  xarici ölkələrə köçürüb. Bunu fiziki şəxslər vasitəsilə həyata keçirib. Bu şəxslər isə Azərbaycan vətəndaşı olduğundan aldıqları vəsaiti dərhal ölkədən çıxarıblar. Bu isə onu göstərir ki, Azərbaycanda valyuta nəzarəti sistemi düzgün qurulmayıb, istənilən qədər vəsaiti ölkədən çıxartmaq mümkündür. Başqa bir məqam ondan ibarətdir ki, bank rəhbərləri öz kapital maraqlarını həyata keçirmək üçün istənilən sayda kredit kartları açıblar, səhmlər əldə ediblər. Bu səhmlər satılandan sonra onların satışından əldə olunan vəsait borcların ödənilməsinə yönəldilməyib.
Image result for Cahangir Hacıyev
Maliyyə Nazirliyi Beynəlxalq Bankın idarəetməsinə cəlb olunmuş dövlət qurumlarından biridir və Müşahidə Şurası Maliyyə Nazirliyi tərəfindən formalaşıb. Səhm nəzarət paketi də Maliyyə Nazirliyinin əlində olub. Baş verənlər də bir həftədə və ya bir ayda baş verməyib, illərlə davam edib. Hesab edirəm ki, burada Maliyyə Nazirliyinin də məsuliyyəti var ki, ən azı bu müddətdə Müşahidə Şurasının səlahiyyətlərindən istifadə edərək lazımi tədbirlər görməyib. Aydındır ki, Müşahidə Şurasının qərarları icra edilməyib. Bəs, nəyə görə, Müşahidə Şurası buna etiraz etməyib, müvafiq tədbirlər görməyib? Burada o tərəfin də yetərincə məsuliyyəti var və məsuliyyət daşıyan bütün şəxslər prosesə cəlb olunmalıdır və cinayət işinin daha əhatəli araşdırılması üçün ifadə verməlidirlər".
***
 
Ölkənin maliyyə boslarının bir-biriləri ilə müharibə vəziyyətində olmaları yenilik deyil. Eldar Mahmudov qudası Cahangir Hacıyevin əli ilə Elman Rüstəmovu, eləcə də Samir Şərifovu sıradan çıxarmağa çalışırdı. E.Mahmudov bununla həm ölkənin maliyyə-pul sistemini tam nəzarəti altına almağı hədəfləyirdi, həm də baş nazir postuna ən iddialı və şanslı namizəd hesab olunan Samir Şərifovu birdəfəlik bitirmək məqsədi güdürdü. 
Lakin neftin ucuzlaşması ilə onun və Cahangir Hacıyevin xəyalları suya düşdü. Ölkəyə gələn neft pulları kəskin azalanda Mahmudov-Hacıyev tandeminin bank sistemini iflic etdiyi üzə çıxdı. Bunun ardınca ölkənin ən iri iş adamları kütləvi həbs edildi. Onlar Beynəlxaq Bankdan 100 milyonlarla krediti götürüb qaytarmamaqda suçlanırdılar. Təbii ki, əsas hədəfdə olanlar Cahangir Hacıyev və qudası, həmçinin ortağı Eldar Mahmudov idi. Biri işdən çıxarıldı, digəri vəzifəsi ilə birlikdə azadlığını da itirdi. 
İndi Cahangir Hacıyevin Samir Şərifova qarşı amansız hücumları hakimiyyətdaxili qrupların işinə yarayır. Bu qrupların bəzilərini hətta C.Hacıyevlə müttəfiqə çevirib. Hakimiyyətdə güclü klanlar var ki, onlar Samir Şərifovun bir an öncə vəzifədən getməsinə çalışırlar. Lakin nə qədər istəsələr də bu arzularını reallaşdıra bilmirlər. Hazırda Cahangir Hacıyevin maliyyə nazirinə ittihamları bu klanların çörəyinin üstünə yağ çəkir. Bəzi iddialara görə, hakimiyyətdəki bəzi qruplar Cahangir Hacıyevə ismarış göndəriblər ki, maliyyə nazirinin üzərinə daha möhkəm getdin. Etibarlı mənbələr bildirir ki, bunun müqabilində ona dəstək də vəd edilib.
Gerçəkdən də 2-3 məhkəmə prosesində C.Hacıyev S.Şərifovun adını çox ciddi maliyyə maxinasiyalarında hallandırıb. Ola bilsin ki, bu ittihamlar ölkənin maliyyə sistemində total yoxlamalara və hətta həbslərə səbəb olsun. Çünki sabiq bankir ciddi faktlar və detallar söyləyir. Onların biri düz çıxsa, çox böyük kəllələr gedəcək...(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam