Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Gülənçilər azərbaycanlı tələbələri belə “ovlayıb” - “Paltar, yemək, yer verirdilər”

Gülənçilər azərbaycanlı tələbələri belə “ovlayıb”

 

Xeberinfo.com:   Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilovun Fətullahçılarla bağlı aznews.az-a verdiyi açıqlama böyük ajiotaj yaradıb 

O, bildirib ki, Təhsil naziri işlədiyi müddətdə Türkiyəyə təhsil almaq üçün 2 min tələbə göndərib və həmin tələbələr sonradan Gülənçilər tərəfindən ələ keçirilib. Sabiq nazirin bu dedikləri həmin illərdə Türkiyədə təhsil alan şəxslərin böyük narazılığına səbəb olub. 

Məsələ ilə bağlı danışan “Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov Firudun Cəlilovun dediklərində şişirtmə olduğunu bildirib. O, həmin illərdə təhsil alan tələbələrin çoxunun Gülən tərəfdarlarına nifrət etdiklərini deyib: “Əksinə, türk universitetləri məzunları FÖTO-çuları daha yaxşı tanıyırdı. Bilirdilər ki, onlar türk dövlətinin, azərbaycanlıların düşmənidir və xarici ölkələr tərəfindən idarə olunur. Hələ 1991-ci ildə Türkiyəyə təhsil almağa gedərkən mən onları tanımağa başladım, iç üzlərini gördüm. Onlar həmin vaxtlar böyük Mustafa Kamal Atatürkə qara yaxırdılar. Özlərindən, xüsusən də Fətullah Güləndən başqa heç kəsi bəyənmirdilər. Belə olan bir vaxtda o dönəmdə Türkiyəyə təhsil almağa gedən 50 nəfər qərara gəldik ki, bunlar barədə cəmiyyətə informasiyalar verək. Bildirək ki, gələcəkdə Azərbaycanın da düşməninə çevrilə bilərlər. Təəssüflər olsun ki, o dönəmdə Türkiyənin də səlahiyyətli nümayəndələri onlara şərait yaradırdılar ki, Türkiyədə və digər türk dövlətlərində at oynatsınlar. Etiraf etməliyik ki, həmin vaxtlar bizim də bəzi 17-18 yaşlı, heç nədən xəbəri olmayan tələbələri ələ alırdılar. Onların bəzisi kasıb, imkansız tələbələr idi, bəziləri isə saflığından onların tələsinə düşürdülər. Bəziləri maddi həvəsə görə onlardan ayrılmırdılar. Çünki onların evlərində qalanlardan kirayə haqqı almırdılar, əksinə onlara yemək, paltar verirdilər, bir sözlə maddi baxımdan şirinlikdirirdilər. Amma bu türk məzunların az bir qismi idi. Əksəriyyəti yataqxanada qalırdı”.

Ç.Bayramov qeyd edib ki, Türkiyə göndərilən 2000 tələbənin hamısısnın Gülənçilərə qoşulması ağır ittihamdır: “Bizim yataqxanada cəmi 235 tələbə vardı ki, onun da 30 nəfər xüsusi evlərdə qalırdı. 2 min tələbənin hamısı onların əlinə keçməsi ifadəsi düzgün deyil. Yuxarıda qeyd etdiyim kimi, biz nəinki Gülənçilərə qoşulmuşuq, əksinə, onlara qarşı mübarizə aparmışıq. 2005-ci ildə mən “Space” telekanalının “Səhər” verilişində bu haqda fikir bildirmişəm. Demişəm ki, Azərbaycanda “Çag öyrətim” şirkəti fəaliyyət göstərir. Bu şirkət milliləşməli və dövlətimiz tərəfindən nəzarətə götürülməli, yaxud da ləğv olunmalıdır ki, gələcəkdə Azərbaycan üçün problem yaranmasın. Meşə çaqqalsız olmaz. Təbii ki, Türkiyə məzunları arasında “nurçu”luğu mənimsəmiş Azərbaycan vətəndaşı ola bilər. Amma Türkiyədə təhsil alan məzunların əksəriyyəti normal Azərbaycan Atatürk ideyalarına söykənən Heydər Əliyev-Elçibəy düşüncəsinin davamçılarıdır. Olsa-olsa 10 faiz tələbə Gülənçi olar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam