Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Nuşirəvan Səfərov sahibkarla çəkişmədə - Şok ittiham

Nuşirəvan Səfərov sahibkarla çəkişmədə

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərov vətəndaşın ərazisini zəbt edərək dayanacağa çevirməkdə ittiham olunur

Xeberinfo.com:   Politika.Az-a daxil olan şikayət məktubunda qeyd olunub ki, artıq iş məhkəmə çəkişməsindədir.


Bu haqda paytaxtın Səbael rayonu, R.Rza küçəsi 4, mənzil 34-də yaşayan 80 yaşlı İbrahim İbadulla Musa oğlu redaksiyamıza məlumat verib. 

Onun sözlərinə görə, 11 dekabr 2006-ci ildə Səbael rayon bələdiyyəsi ilə rəhbərlik etdiyi “Naftalan Sağlamlıq Mərkəzi” Müstəqil Müalicə Şirkəti arasında müqavilə bağlanıb: 

“99 il müddətində 9000 kv-metrlik ərazisini icarə götürdüm. Və hər il illik ödəniş etməklə, həmin ərazidə ağaclar əkdim. Bu ilin aprelində Bakı şəhər DYPİ-nin rəisi Nuşirəvan Səfərov əlində heç bir sənəd-sübut təqdim etmədən həmin ərazimizi ələ keçirib, özünə pullu dayanacaq edib. 

Onunla görüşüb, ərazimi niyə qanunsuz ələ keçirilməsi bağlı soruşmaq istəsəm də, görüşməkdən yayındı. Məcburiyyət qarşısında qalıb, ölkə prezidentinə, daxili işlər naziri cənab Ramil Usubova, bir çox KİV-ə müraciət etdim. Heç bir nəticəsi olmadı. 

Və məcbur olub Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etdim. Hazırda həmin işlə bağlı iki proses keçirilsə də, hər prosesi başqa-başqa hakimlər idarə edərək, işdən imtina edirlər. 

Çünki qanunvericilik mən tərəfdə olsa da təəssüf ki, hakimlər Nuşirəvan Səfərovdan qorxduqlarından qərar verməyə çətinlik çəkirlər. Prezident sahibkarlara çağırış edir ki, gəlin iş qurun, əhali işləsin, güzəranımız yaxşılaşsın. Amma məmurların tamahı imkan vermir ki, kimsə bu ölkədə iş qursun”.

Qeyd edək ki, əməkdaşımız qarşı tərəfin mövqeyini öyrənmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova da müraciət edib. Cənab Əsədov açıqlamasında bildirib ki, hazırda işlə bağlı məhkəmə prosesi getdiyindən heç bir fikir bildirə bilməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam