Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nuşirəvan Səfərov Məhkəməyə verildi – 1 hektarlıq torpaq davası

imageslkklkk

Naftalan Sağlamlıq Mərkəzi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsini məhkəməyə verib.

Xeberinfo.com:  Bu barədə AzNews.az-a mərkəzin rəhbəri Hikmət İbrahimov məlumat verib. İş adamının məhkəməyə müraciət etməsinə səbəb Dövlət Yol Polisi İdarəsinin Naftalan Sağlamlıq Mərkəzinin ərazisini zəbt etməsidir.

H.İbrahimov deyir ki, baş idarənin inzibati binası ilə mərkəz arasında olan boş torpaq sahəsini 2006-ci ildən 99 illik müqavilə ilə icarəyə götürüb.

Səbail bələdiyyəsi tərəfindən sağlamlıq mərkəzinə verilən təxminən 1 hektar əraziyə görə hər il müəyyən məbləğdə pul ödənilib. Lakin Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən həmin əraziyə texnika yeridilib və avtodayanacaq yaradılması üçün hamarlama işlərinə başlanılıb.

Şikayətçinin sözlərinə görə, hamarlama zamanı Naftalan Sağlamlıq Mərkəzinin əməkdaşları tərəfindən əkilən onlarla ağac torpaq qatının altında qalıb. Baş idarəyə müraciət etdiyini deyən mərkəzin rəhbəri onlardan sənəd tələb edib, amma işlərin aparılması üçün idarə rəhbərliyi Hikmət İbrahimova heç bir rəsmi sənəd təqdim etməyib.“Bundan əlavə həmin ərazidən həm yeraltı, həm də yerüstü yüksək gərginlikli elektrik xətləri keçir. Bu isə həmin ərazinin təhlükəlilik riskini daha da artırır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əlində isə həmin ərazi ilə bağlı yalnız Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq Baş İdarəsinin verdiyi rəydən başqa heç nə yoxdu”, – deyə mərkəz rəhbəri bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam