Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

«MƏN NİYƏ ONU SATMALIYAM?…»

ministerial-abbasov-interview_gallery

“Belə məlumatlar hardan qaynaqlanır bilmirəm”

Xeberinfo.com:   Bir neçə gün bundan qabaq musavat.com saytında sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun mülklərini satışa çıxarması haqda məlumatlar dərc olunmuşdu.

Yayılan məlumatda keçmiş nazirin Bakı şəhərinin müxtəlif yerlərində ona və oğluna məxsus mülkləri təcili satışa çıxardığı, hətda mülklərin dəyərindən çox aşağı qiymətə satıldığı bildirilirdi.

Yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı keçmiş nazir Əli Abbasovla əlaqə saxlayıb. Sabiq nazir yayılan məlumatların yalan olduğunu bildirib.

“Belə məlumatlar hardan qaynaqlanır, bilmirəm. Mənim elə mülklərim yoxdur ki, mən onları satışa çıxardım. Hansısa qəzet və sayt mənim adıma mülk qoşmasın. Hamı kimi mənim də evim var. Mən niyə onu satmalıyam? Bu gün mənimdi, sabah da övladlarım, nəvələrim yaşayacaq bu evdə. Mən hazırda elmi işlərlə məşğulam. Belə məlumatlar tamamən yalandır”.

Qeyd edək ki, Əli Abbasov MTN işi ilə bağlı məlumatlar ortaya çıxdıqdan sonra, ötən il noyabr ayının 12-də, Prezident İlham Əliyev tərəfindən Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam