Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eks-nazir yayılan məlumatlara münasibət bildirdi

eli_abbasov
Bir sıra internet informasiya resurslarında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Goradildəki bağ evindən oğurluq edildiyi barədə məlumatlar yayılıb.

Xeberinfo.com:   Məlumata görə, nazirin evindən nə az, nə çox, 1 milyon manat pul oğurlanıb. Oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızıb. Yəni bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər.
Yayılan məlumatlarda hadisə ilə bağlı araşdırmanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən aparıldığı və oğruların saxlanıldığı bildirilib. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtilə azadlığa buraxılmalarına şərait yaradacağını təklif edib. Amma oğrular bu təklifdən imtina ediblər və hazırda da cəzaçəkmə müəssisələrindədirlər.
Anspress Əli Abbasov ilə əlaqə saxlamağa müvəffəq olub. Nazir onun barəsində yazılan məlumatlara belə münasibət bildirdi.
“Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil”, – deyə sabiq nazir qeyd etdi.
Əli Abbasov onu da əlavə etdi ki, onun, həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam