Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı sabah tarixi addımlar atılacaq”

“Hökumətlərarası birgə komissiya çox uğurla işləyir. Səfər ərəfəsində Neftçalada İran avtomobil zavodunun açılması mühüm hadisədir”.

Xeberinfo.com:   Bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, yaxın vaxtlarda İran texnologiyası ilə çalışacaq dərman zavodunun bünövrəsi də qoyulacaq: “Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması üçün də önəmli addımlar atılır. Bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək üçün bu gün Memorandum imzalanıb. Azərbaycan tərəfi gələcəkdə bu layihənin maliyyələşdirilməsində iştirak etmək arzusundadır. Bu məsələ sabah Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə də müzakirə ediləcək. Üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında tarix, coğrafiya və müştərək layihələr dayanır. Bu, tək ölkələr deyil, qitələr üçün böyük əhəmiyyət daşıyır. Sabah Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tarixi addımlar atılacaq”.

Prezident İlham Əliyev bildirib ki, İran vətəndaşları sadələşdirilmiş viza ilə Azərbaycana gələ bilirlər: “Görüşdə ekologiya, Xəzərlə bağlı məsələlər də müzakirə olundu. Heç bir məsələ ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Məqsəd siyasi, iqtisadi əlaqələri gücləndirməkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam