Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

Azərbaycan və İran prezidentləri tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq, ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir.

 

Xeberinfo.com:   Bu fikir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səslənib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Mahmud Vaezi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son gərginlik zamanı mülki Azərbaycan vətəndaşlarının və hərbi qulluqçuların həyatını itirməsi ilə əlaqədar başsağlığı verib. O vurğulayıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

İranlı nazir hökumətlərarası birgə komissiya çərçivəsində həyata keçirilən tədbirlər sayəsində iqtisadiyyat, nəqliyyat, neft-qaz, kənd təsərrüfatı, turizm, əczaçılıq, maşınqayırma, rabitə və informasiya texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini bildirib.

Mahmud Vaezi ölkəsinin regional sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu qeyd edib. O, beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün iki ölkənin təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bildirib.

Nazir Elmar Məmmədyarov Prezident İlham Əliyevin İrana sonuncu səfərinin, səfər zamanı keçirilmiş görüşlərin və imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımdan böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, Mahmud Vaezini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İranın tutduğu ədalətli və davamlı mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb. Münaqişənin həlli və regionda davamlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli formatında da inkişaf etdiyini söyləyib. O, bu xüsusda aprelin 5-də İranın Ramsar şəhərində, aprelin 7-də isə Bakıda keçirilmiş üçtərəfli görüşləri diqqətə çatdırıb.

Nazir aprelin 20-də Astara çayı üzərində tikintisinin təməli qoyulmuş dəmir yolu körpüsünün Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu deyib. O, körpünün ölkələrimizin tranzit potensialının artmasına və böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan yaradacağını xüsusi vurğulayıb.

Görüşdə, həmçinin iki ölkənin bölgələri arasında əlaqələrin inkişaf etdirilməsi, energetika, nəqliyyat, neft daşımaları, ticarət, bank sektoru və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam