Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rektor “islahatlara” başladı: 2 yüksək vəzifəli şəxs işdən çıxarıldı

drty b

BSU-nun iki yüksək vəzifəli əməkdaşı işdən azad olunub.

Xeberinfo.com:   Bunlar BSU-nun Kadrlar və Beynəlxalq Əlaqələr şöbələrinin müdirləridir.

Bundan başqa, onlarla əməkdaş BSU-dakı vəzifələrindən azad olunmaqla bağlı ərizələr yazıblar.
Yeni rektor təyinatından sonra BSU-nun inzibati binasında təmir işlərinə də başlanılıb.
BSU-nun mətbuat katibi Adil Əliyev “Report”a açıqlamasında Kadrlar və Beynəlxalq Əlaqələr şöbələri rəhbərlərinin işdən çıxarıldığını təsdiqləyib: “Onlar ərizə yazaraq öz xahişləri ilə vəzifələrindən azad olunublar”.
BSU sözçüsü digər əməkdaşların işdən çıxması barədə ərizə yazmasına isə münasibət bildirməyib. Bununla belə, o, universitetdə təmir işləri aparıldığını da təsdiqləyib.

Xatırladaq ki, bu il iyunun 23-də Nurlana Əliyeva BSU-ya rektor təyin olunub. Yeni rektor mətbuata açıqlamasında kadr dəyişikliklərinin olacağını bəyan edib.: “Ciddi kadr islahatı deməzdim, amma kadr islahatları aparılacaq”.
N.Əliyeva universitet rəhbərliyinin tələbələrin geyimlərinə müdaxilə etməsi haqda məlumatlatı təkzib edib: “BSU-da müəllim və tələbələrin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı söhbət yoxdur. Əslində müəllimin zahiri görkəmi və daxili bütövlüyü bir-birinə uyğun olmalıdır. Müəllimin zahirinə baxan kimi bilinməlidir ki, o müəllimdir. Müəllimlər tələbələrin qarşısında mühazirə oxuyarkən digər əlamətlər ilə diqqəti cəlb etməməlidir. Özünün səliqəsi, səhmanı və ciddiliyi ilə diqqəti cəlb etməlidir. Müəllimin geymi korporativ geyim olmalıdır. Tələbənin geyimi öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır. İnsanın zövqü o qədər yüksək olmalıdır ki, hara getdiyini, harda iştirak etdiyini, nə işlə məşğul olduğunu düşünərək bunu dərk edib özünü tənzimləsin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam