Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

KİV nümayəndələri BSU-da oldular -FOTOLAR

KİV nümayəndələri BSU-da oldular -

 

         Xeberinfo.com:   Bu gün imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün modern.az saytının rəhbəri Elşad Eyvazlı, bakıpost.az  saytının rəhbəri Elçin Zahiroğlu, pressday.az saytının rəhbəri Azər Hüseynbala, faktinfo.az saytının əməkdaşı  Fuad İsgəndərov, azvijn.az-ın müxbiri Vüsal Məmmədov,  Azadinform.az saytının əməkdaşı Rüstəm Əliyev, faktor.az –ın redaktoru İntiqam Yaşar,  “Azərbaycan müəllimi” qəzetinin müxbiri Rəşad Ziyadov Bakı Slavyan Universitetində(BSU) olmuşlar.  Media nümayəndələrini ilk olaraq imtahan qərargahının rəhbəri, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov qarşılayaraq, qərargahın fəaliyyəti barədə onlara ətraflı məlumat vermişdir.

           R.Novruzov imtahanların obyektivliyinin və şəffaflığının təmin edilməsi məqsədilə  qərargah üzvləri sırasında professor-müəllim heyəti ilə yanaşı, tələbə və valideynlərin də təmsil olunduğunu jurnalistlərin diqqətinə çatdırıb. O, qərargaha daxil olan şikayətlərə dərhal baxıldığını və tələlərin öz iştirakı ilə qiymətləndirilmə aparıldığını bildirib.

         Sonra BSU-nun rektoru professor Nurlana Əliyevanın  iştirakı ilə jurnalistlər universitetin ayrı-ayrı auditoriyalarında keçirilən imtahanların gedişatı ilə tanış olublar.  Media nümayəndələri tələbələrlə dialoqda onları  narahat edən problemlərin olub-olmaması ilə maraqlanıblar. Bütün auditoriyalarda tələbələr onlara yaradılan şəraitdən razılıq edərək, imtahana heç bir kənar müdaxilınin olmadığını bildiriblər.

          Jurnalistlər auditoriyaların müasir standartlara cavab verməsini, imtahanların şəffaflığının təmin edilməsi məqsədilə auditoruiyalara video- kameralar vasitəsi ilə nəzarət edilməsini, ağıllı elektron yazı lövhələrin quraşdırılmasını, obyektivliyin qorunması üçün tələbələrdən mobil telefonların yığılmasını yüksək qiymətləndiriblər.

           İmtahanların gedişi ilə tanışlıqdan sonra BSU-nun rektoru Nurlana Əliyeva jurnalistləri çay süfrəsi arxasına dəvət edərək, onlarla səmimi söhbət edib. Söhbət zamanı  rektor mozaikaların sökülməsi, təmirə sərf olunan vəsait və s. barədə sualları cavablandırıb. N.Əliyeva sonda jurnalistlərdən obyektivliyi gözləməyi xahiş edib.

            Görüşün sonunda media nümayəndələri səmimi görüş üçün rektor N.Əliyevaya təşəkkürlərini bildiriblər.

BSU-nun mətbuat xidməti    

KİV nümayəndələri BSU-da oldular -
KİV nümayəndələri BSU-da oldular -
KİV nümayəndələri BSU-da oldular -
KİV nümayəndələri BSU-da oldular -
KİV nümayəndələri BSU-da oldular -                                                            

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam