Redaktor seçimi
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
Günün xəbəri

İcra başçısının müavini biznesmen çıxdı (?)!

                                       

                              

                      

                          Müavininin biznesindən icra başçısının xəbəri yoxdur

 

     “xeberinfo.com”: Redaksiyamıza Bakıətrafı rayonlardan birinin icra başçısının müavininin fəaliyyəti ilə bağlı maraqlı məlumat daxil olub. Məlumata görə bu müavin geniş biznes strukturlarına malikdir. Əlbəttə məlumatın burası nə təəccüblü, nə də maraqlı deyil.

Maraqlı olan bu biznesmen-məmurun biznes strukturlarından birini-Güzdək qəsəbəsindəki 30 ha-dan artıq daş karxanasını icra başçısından gizlətməsidir. Etibarlılığına şübhə etmədiyimiz mənbənin “xeberinfo.com”ya verdiyi məlumata görə bu müavin icra başçısını dəfələrlə aldadıb.  Başqa sözlə etibardan sui istifadə edib icra başçısına “atıb”. Sonuncu dəfə isə yalvar-yaxar etməklə bağışlanıb...

    Amma müavin yenə də.. İndi onu narahat edən daş karxanası biznesindən icra başçısının xəbərdar olma ehtimalıdır. Mənbəmiz bizə bu istiqamətdə ətraflı danışdı: hörmətli müavin Güzdəkdə daş karxanası nə zaman, kimlərin vasitəçiliyi ilə alıb? Kimin adına rəsmiləşdirib və necə idarə edir? 

Təəssüf ki, biz hələlik bu məlumatla bağlı geniş yaza bilmirik. Səbəb isə gərəkən dəqiqləşmələri yekunlaşdıra bilməməyimizdir. Məmur-biznesmeni dinləmək isə həlli müşkül problemə şevrilib. Telefon zəngimizə cavabı da gözlənilməz oldu: “Sizə mənim telefonumu kim verib. Bir də mənə zəng vurmayın”.

 

    Olsun bu onun baxışı, düşüncə məhsuludur. Bizim məmurların bu sayaq cavabları təəccüb doğurmur. Nə isə...

 

     Biz qarşıdakı günlərdə mümkün vasitələrlə məlumatı dəqiqləşdirib, geniş yazı hazırlamağa çalışacağıq.

 

 

 

     Səmə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam