Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra müavini həbs xəbərini cəfəngiyat adlandırdı

 

 

 "Xeberinfo.com": Bu gün  Sabunçu rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Şakir Alıyev həbs olunmasına dair xəbər yayıldı. Sonra isə məlumatın yanlış olduğu ortaya çıxdı

 

Yayılan bu xəbərə keçmiş müavin özü münasibət bildirib. O, açıqlamasında deyib ki, barəsində yayılan məlumatlar cəfəngiyatdır və həqiqətə uyğun deyil: “Bu ilin mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktorunun ümumi işlər üzrə müavini vəzifəsinə seçilmişəm. Hazırda elmi işimi davam etdirirəm. Həbs olunsaydım iş otağımda nə işim var idi?”.


Ş. Alıyev Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevlə aralarında gərgin münasibətin olması haqda deyilənlərə də aydınlıq gətirib: “İcra başçısı ilə aramda heç bir problem yaşanmayıb. O işinin öhdəsindən layiqincə gəlir. Sadəcə, mən elmi işimi davam etdirmək üçün müavin vəzifəsindən öz ərizəmlə getmişəm. Buna mediada hansısa don geyindirmək lazım deyil”. 

Qeyd edək ki, avropa.info xəbər portalı məlumat yayıb ki, mayın 29 da tutduğu vəzifədən azad edilən Sabunçu rayon İcra Hakimiyyətinin 1-ci müavini Şakir Alıyev dünən həbs edilib. Ona korrupsiya və rüşvət ittihamları irəli sürülüb. Həbs olunan İcra Hakimiyyəti başçısının keçmiş müavininin adıçəkilən qurumun rəhbəri Adil Vəliyevlə münasibətlərinin pis olduğu bildirilib. Məlumatda o da qeyd olunub ki, Şakir Alıyev mayın 29-da işdən azad edildikdən sonra, qısa müddətdə onun Sabunçu rayonunda vəzifədə olan bütün qohumları işdən azad edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam