Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTRŞ ANS-i məhkəməyə verdi- 160 min manatlıq qalmaqal

 

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media şirkətini məhkəməyə verib.

"Xeberinfo.com":    "Report"- a istinadən xəbərə görə, ANS-in məhkəməyə verilməsinə səbəb serial çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsidir.


1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTRŞ-nin hüquqşünasları bildirib ki, ANS TV Şuraya layihəsini təqdim etdiyi serialı çəkməyib.

"Serial çəkilişi üçün ayrılan 200 min manatın 160 min manatı televiziyaya ödənilmişdi, 40 min manatı isə hələ büdcədədir. ANS serialın çəkilməsi ilə bağlı hesabatı 2015-ci ilin iyul ayında təqdim etməli idi. Amma hesabat qeyd olunan tarixdə təqdim olunmadı. Əvəzində, sentyabr ayında bizə çəkdikləri başqa bir serialı gətirdilər və müqavilənin tarixini dəyişərək, çəkməli olduqları serialın yerinə onun qoyulmasını təkif etdilər. Həmin serial ANS-ə dövlət büdcəsindən vəsait ayrılan zaman layihə kimi təqdim etdiyi deyil, tamamilə başqa bir serial idi", - MTRŞ-dən bildirilib.

MTRŞ ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam