Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Bu xəstəliyi Azərbaycan həkimləri uydurub”

 

  “Azərbaycanda dəqiq diaqnoz qoya bilmirlər. Orada xərçəng diaqnozunun qoyulduğu xəstələrin çoxunda bu xəstəlik aşkar edilmir”

   "Xeberinfo.com": Bu sözləri Axar.az-a İstanbulun “Neolife” Tibb Mərkəzində çalışan və bir müddət əvvəl ölkəmizdə işləmiş türkiyəli cərrah Hamdi Koçər Azərbaycan səhiyyəsinin durumundan danışarkən deyib.

Türkiyəli tanınmış həkim qeyd etdi ki, Bakıda xərçəng xəstəliyi diaqnozu qoyulmuş yüzlərlə xəstəni əməliyyatsız, yalnız müalicə yolu ilə sağaldıb:

“Bakıdakı insanlara həkimlik etmək mənim üçün qürurvericidir. Oradakı xəstələr məndən çox razı idi. Çünki Azərbaycanda xəstələrin əksəriyyəti öz xəstəlikləri haqqında düzgün məlumat ala bilmirlər. Cəmiyyətdə böyük məlumatsızlıq var”.

Həkim bildirdi ki, xüsusilə qadınlara süd vəzi ilə bağlı yanlış diaqnozlar qoyub həyatlarını məhv edirlər:

“Bakıda qadınlar süd vəzi xəstəlikləri ilə bağlı az məlumatlıdır. Azərbaycanda həkimlər mastopatiya adlanan və heç bir ölkədə olmayan, tamamilə yalançı bir xəstəlikdən danışır. Qadınları bu xəstəliklə qorxudur, əməliyyat edir, süd vəzilərini kəsirlər, olduqca bahalı, kimyəvi dərmanlar yazırlar. Mən ora ilk gəldiyim gündən mənə müraciət edən bütün qadınlara başa salırdım ki, mastopatiya adlı xəstəlik yoxdur. Olmayan xəstəliyi necə müalicə etmək olar? Mastopatiya müalicəsi, dərmanı və əməliyyatı olmayan süd vəzisinin təbii halıdır. Ancaq sizin ölkədə bunu da əməliyyat edir, insanlarda olmayan xəstəlik yaradırlar. Dünyada mastopatiyadan ölən bir nəfər də insan yoxdur”.

H.Koçərin fikrincə, Azərbaycanda həm Ultrasəs (UZİ), həm də patologiya həkimlərinin təhsili kifayət qədər olmadığı üçün xəstələrə səhv diaqnozlar qoyulur: “Diaqnoz yanlış olduğu üçün də müalicənin doğru olma ehtimalı yoxdur”.

Türkiyəli həkim Azərbaycanda patologiya hesabatlarının xəstələrə verilməməsindən də danışdı. Qeyd etdi ki, xəstə öz xəstəliyinin əlamətləri barədə məlumatlı olmalıdır:

“Xəstələrə patologiya hesabatları mütləq verilməlidir. Mən orada çalışdığım müddət ərzində çox istədim ki, xəstələrə öz xəstəliklərinin əlamətləri haqqında sənəd verim. Çünki bu xəstənin mütləq haqqıdır ki, əgər xərçəngdirsə, bunun əlamətlərini bilsin. Ancaq vermirlər. Çünki Azərbaycanda həkimlər analizlərinə güvənmirlər, güvənsəydilər, verərdilər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam