Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“MTN-lə bağlı mənə şikayət olmayıb”

 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “MTN işi”ndə adının hallanmasına münasibət bildirib.

"Xeberinfo.com":   Məlumata görə, E.Behbudov “Qafqazinfo”ya açıqlamasında deyib ki, onu bu məsələyə görə heç bir quruma çağırmayıblar: “Mən Eldar Mahmudovun nə dayısı oğluyam, nə əmisi oğluyam, nə də xalası oğluyam. Onunla nə də kommersiya əlaqələrim var. Mən hüquq müdafiəçisiyəm. MTN, DİN və Müdafiə Nazirliyi ilə də əməkdaşlıq edirəm. Bizim MTN-dəki fəalkiyyətimiz ancaq işgüzar əlaqələr olub, başqa şey ola da bilməz. Gedirdik, şərait yaradırdılar, monitorinqimizi keçirib gəlmişik. Nöqsan aşkarlananda da rəhbərliyə çatdırmışıq. Eldar Mahmudov nə edibsə, buna özü cavabdehdir. Məni heç yerə çağırmayıblar, barəmdə də araşdırma aparılmır, heç bir xəbərdarlıq da olunmayıb. Elçin Behbudov MTN-də monitoriqn keçirir deyə paxıllıq edirlər”.

Komitə sədri bildirib ki, Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra MTN-də monitorinq keçirməyib: “Biz ayda bir dəfə monitorinq keçiririk. Bu ay hələ ki ora getməmişik. Saxlanılan MTN vəzifəlilərlə görüşməmişəm. Çünki müraciət edən olmayıb, olsa baş çəkəcəyik. MTN-in istefada olan əməkdaşları zəng edib mənə deyirlər ki, Eldar Mahmudov nazirlik demək deyil. Amma ona görə nazirliyi təhqir edirlər, oradakı digər işçiləri aşağılayırlar”.

Hüquq müdafiəçisi qeyd edib ki, MTN-lə bağlı ona iki şikayət daxil olub: “MTN-də iş adamlarını şantaj ediblər, onun mənə nə aidiyyatı var? Bu illər ərzində heç bir iş adamı mənə MTN-lə bağlı şikayət etməyib. Bizə bir neçə dəfə şikayət olub ki, MTN-də onlara qarşı qeyri-insani hərəkətlər edilib. Onlardan biri Səid Dadaşbəylinin islamçı dəstəsi idi, bir də Pərviz Həşimli idi. O müraciətləri də mən rəhbərliyə çatdırmışam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam