“Heydər Əsədov 6 milyona özünə mülk alırsa, bu korrupsiyadır”
“Mən prezident İlham Əliyevin yerinə olsam heç Sankt-Peterburq görüşünə getmərəm”
Hafiz Hacıyev: “Dağlıq Qarabağ məsələsində Ermənistanın cinayətkar prezidentinin nəyəsə razılaşacağına inanmıram”.
Xeberinfo.com: Prezidentlərin iyun görüşü barədə Müasir Müsavat Partiyasının mövqeyini təqdim edirik.
Xəbər verdiyimiz kimi iyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşü keçiriləcək. Məlum olub ki, Vyana görüşündən fərqli olaraq, Rusiyanın ev sahibliyi edəcək görüşdə ATƏT iştirak etməyəcək.
Hafiz Hacıyev: “Hamı çox gözəl bilir ki, Sankt-Peterburq görüşü Putin özünü gündəmdə saxlamaq məqsədi ilə masaya qoyduğu bir oyundur”.
Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, aprel döyüşləridən sonra İlham Əliyevin nüfuzu qalxıb, amma Sankt-Peterburq görüşü olandan sonra, görüşün təşkilatçısı olan Rusiya prezidentlərin əl-ələ verib görüşmək epizodunu yayacaqlar ki, bu da prezidentimizin nüfuzu ilə oynanılan bir oyunu olacaq:
“Prezidentlərin görüşündən elə də ciddi nəticələr gözləmirəm. Ermənilər həmişə bir bəhanəylə söhbətdən qaçıblar, indi də qacaqlar. Ermənilər Qarabağ məsələsində heç kimdir, burada söz sahibi Rusiyadır. Rusiya da çalışır ki, təşəbbüsü öz əlinə alsın. Mən hesab edirəm ki, Avropa, Qərb dövlətləri heç vaxt razı olmazlar ki, Qarabağ məsələsində Rusiya təşəbbüsü tam öz əlinə alsın. ATƏT-in Minsk qrupundakı həmsədrlər sətraltı da olsa bildirilər ki, bu Rusiyanın toplantısıdır. Dağlıq Qarabağ məsələsində Ermənistanın cinayətkar prezidentinin nəyəsə razılaşacağına inanmıram. Çünki Sərksyanın ixtiyarı öz əlində deyil.
Yenə qeyd edim ki, Qarabağ məsələsində əsas söz sahibi Rusiyadır. Rusiyanın da Azərbaycanda maraqları olduğuna görə hələlik Qarabağ probleminə qol qoymur və bu məsələni uzada-uzada gedir. Mən prezident İlham Əliyevin yerinə olsam heç Sankt-Peterburq görüşünə getmərəm. Ona görə ki, aprel döyüşləridən sonra İlham Əliyevin nüfuzu qalxıb, amma Sankt-Peterburq görüşü olandan sonra, əl-ələ verib görüşmək epizodun yayacaqlar və bu da prezidentimizin nüfuzu ilə oynanılan bir oyun olacaq. Biz ermənilərlə güc dilində danışmalıyıq və öz gücümüzə arxalanmalıyıq.
Hafiz Hacıyev: “Əgər bir nazirin maaşı 1700 manatdırsa, 6 milyonluq villanı nəylə alır?”
Mən hesab edirəm ki, Qağlıq Qarabağ məsələsi uzana-uzana gedəcək. Çünki nə qədər ki, biz öz daxilimizdə milli həmrəyliyə, milli birliyə nail olmamışıq, korrupsiya faktlarından əl çəkməmişik, ölkənin imicini müsbətə doğru dəyişməmişik Dağlıq Qarabağ məsələsi hələlik həll olunmayacaq. İlk növbədə məmurlarımızın övladlarının xarici medyada sərgilədiyi milyonluq maşın kolleksiyaları yığışdırılmalıdır. Mən düşünürəm ki, Azərbaycanda “beşinci kalon” üzvlərinin də arzudu budur ki, Qarabağ məsələsi uzansın.
ATƏT istəyir ki, Qarabağ problemi bütün dövlətlərin iştirakı ilə həll olunsun. Hamı çox gözəl bilir ki, Sankt-Peterburq görüşü Putin özünü gündəmdə saxlamaq məqsədi ilə keçirdiyi bir oyundur. Rusiya istəyir Qərbə meydan oxusun, dünyaya nümayiş etdirsin ki, Qafqazda hələ söz sahibi mənəm və siz buradan əlinizi çəkin . Prezident İlham Əliyev Almaniyaya səfər edəndə də, orada dedilər ki, sizin üçün Rusiya bu qədər önəmlidirsə, gedin özünüzə Rusiyadan da himayə axtarın. Neçə illərdir bu problemi yaradan Rusiyadır və o bu problemin üstündə oynayır. Həm də Rusiya Qarabağ problemi ilə Azərbaycanın başın qatmaq istəyir.
Hafiz Hacıyev: “Rusiya istəyir Qərbə meydan oxusun, dünyaya nümayiş etdirsin ki, Qafqazda hələ söz sahibi mənəm”.
Aprel döyüşlərində Azərbaycan torpaqlarını ala-ala gedirdi. Amma Putinin xahişi, təkidi ilə müharibə dayandırıldı. Baş verən bu hadisələri bütün dünya görür. Bütün bu olanlara görə də, ATƏT Sankt-Peterburq görüşündə iştirak etmir və bu görüşdən də heç bir nəticə gözləmir. Məsələnin mahiyyəti konkret ondan ibarətdir ki, Qərb dövlətlərinin Azərbaycandan umduğu proseslər hələ başlamayıb. Qərbin tələbləri, istəkləri tamam başqadır. Onlar demokratik dövlət, azad seçki, ölkədən korrupsiyanın tamamən ləğv olunmasını gözləyirlər.
Bu günlərdə Avropa dövlətlərinin Bakı nümayəndəliyi ATƏT-in rəhbərliyi altında “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” ilə bağlı müşavir keçirildi və bu müşavirdə Məzahir Pənahov da iştirak edirdi. Orada da xatırlandı ki, nə qədər ki, Azərbaycanda ölkəni talayan məmurlar var korrupsiya halı bu cür də davam edəcək. Bu gün nazir Heydər Əsədov 6 milyona özünə mülk alırsa, bu korrupsiyadır. Əgər bir nazirin maaşı 1700 manatdırsa, 6 milyonluq villanı nəylə alır? Onların övladları nəşə satmaqla Avropanı da korlayırlar. Bir neçə gün əvvəl Avropanın Bakı ofisinin nümayəndəsi ilə görüşüm oldu və onlar açıq şəkildə deyirlər ki, ölkəmizdə olan bu hallar dözülməz haldır.
Hafiz Hacıyev: “Məsələnin mahiyyəti konkret ondan ibarətdir ki, Qərb dövlətlərinin Azərbaycandan umduğu proseslər hələ başlamayıb”.
Qarabağ məsələsi elə danışıq olaraq qalacaq. Necə ki, 24 ildir danışıq aparırıq və heç nəyə də nail ola bilmirik. Artıq diplomatiya tükənib. Diplomatiyanın da tükəndiyi yerdə gücə əl atılmalıdır. Gücə də əl atmaqdan ötrü ilk növbədə daxilimizdən olan “beşinci kalon”un üzvlərindən xilas olmalıyıq. Dağlıq Qarabağ məsələsi Azərbaycanda milli birlikdən keçir.
Rəsul Quliyevin interpol axtarışın götürdülməsi, Avropa dövlətlərinin Bakıdakı səfirlərinin Kərimov Əliylə, Cəmil Həsənli ilə görüşü, dünən gələn nümayəndə heyətinin Arif Hacıyevlə görüşü və s. bunların hamısı dövlət başçısına təzyiqin bir formasıdır. Bizim bildiklərimiz budur ki, onlar istəyirlər ki, ölkədə böyük qarışıqlıq salsınlar və hakimiyyətdə çevriliş etsinlər. Bütün bu hadisələrin qarşısını almaqdan ötrü mən bütün həyatımı qurban vermişəm”. (pia.az)