Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı- FOTO

 nAILA gULIYEVA

 

Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva azadlığa buraxılıb.

Xeberinfo.com: Gununsesi.info xəbər verir ki, Nailə Quliyeva məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsindən bu gün azadlığa buraxılıb.

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva amnistiya aktına düşənlər sırasında olduğu üçün azad edilib.

Amnistiya aktının şamil olunduğu qadın məhkumlardan üçü bu gün azadlığa buraxılıb. Bağışlanma aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.

Xatırladaq ki, məhkumların azad edilməsi mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.

 

Qeyd edək ki, Nailə Quliyeva 2005-ci ilin martında MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır.

 

 

nAILA gULIYEVA G


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam